Avtomobillərdə pərdə və plyonka qadağası ləğv edilir?– VİDEO
Tarix: 09.11.2019 | Saat: 02:52:00 | E-mail | Çapa göndər


Bir həftədən sonra avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatacaq.
Son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir. Çünki ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər. Bəs noyabrn 15-dən sonra həmin plyonkalar söküləcəkmi?
Sürücücülər təklif edirlər ki, pərdə və plyonkadan istifadə qadağası ləğv edilsin.
Elə millət vəkili Çingiz Qənizadə də avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib. Deputat deyib ki, keçmiş Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi müvafiq qərar ləğv edilməldir. Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.
Millət vəkili deyib ki, digər ölkələrdə də bu məsələ sürücünün öz öhdəliyinə buraxılıb. Əgər bu, yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı, öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi.
Çingiz Qənizadə bildirib ki, məsələ yaxın günlərdə komitə iclasında müzakirə ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev isə bildirib ki, qanun hazırda qüvvədədir. Sürücülərin cərimələnib-cərimələnməməsi məsələsi gələn həftə müəyyən ediləcək.




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri verilib
18.11.2019
9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar
16.11.2019
Azərbaycanda bu şəxslər hər iş saatına görə 15 manat alacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info