İnanıram ki, BMT-nin son qətnaməsi Ermənistana qarşı qətiyyətli addımların atılmasını təmin edəcək
Tarix: 09.11.2019 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


İnanıram ki, BMT Baş Assambleyasının "İrqçiliyin, irq ayrıseçkiliyinin, ksenofobiya və əlaqəli dözümsüzlüyün müasir formalarının genişlənməsinə səbəb olan nasizm, neonasizm və digər hallarla mübarizə" üzrə qətnaməsi insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli zəmində nifrətin təbliği, genosid kimi sülh və bəşəriyyət əleyhinə cinayətlərinin törədilməsini öz dövlət siyasəti kimi qəbul etmiş dövlətlərə, eləcə də Ermənistana qarşı qətiyyətli addımların atılmasını təmin edəcək.
Bunu Trend-ə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, irqi, dini, milli ayrıseçkilik, ksenofobiya və digər dözümsüzlük formalarının təzahür etdiyi və daha da genişlənməsinə səbəb olan faşizm, nasizm və neonasizmə qarşı mübarizə bu gün beynəlxalq ictimaiyyətin qarşısında duran əsas vəzifələrdən biridir.

A.Səfixanlı qeyd edib ki, məhz insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli zəmində nifrətin təbliği, genosid kimi sülh və bəşəriyyət əleyhinə cinayətlərinin törədilməsi ilə yadda qalan faşizm, nasizm və neonasizm amillərinin bu gün müasir dünyamızda bəzi dövlətlərdə baş qaldırması, tarixdə bu kimi cinayətləri törətmiş şəxslərin “xatirəsini əbədiləşdirərək milli qəhrəmanlara çevrilməsi”, bəzən də onların cinayətkar ideyalarının dövlət siyasəti kimi təbliğ və tətbiq olunması dünya dövlətlərində və beynəlxalq təşkilatlarda haqlı narahatlıqlar yaradır:

"Məlum olduğu kimi, BMT Baş Assambleyasının noyabrın 7-də keçirilən iclasında Rusiya Federasiyasının təşəbbüsü ilə "İrqçiliyin, irq ayrı-seçkiliyinin, ksenofobiya və əlaqəli dözümsüzlüyün müasir formalarının genişlənməsinə səbəb olan nasizm, neonasizm və digər hallarla mübarizə" üzrə qətnamə layihəsini qəbul edilib. Qətnamənin lehinə 121, əleyhinə 2 dövlət səs vermiş, 55 dövlət bitərəf qalmışdır. Belarus, Braziliya, Çin, Şimali Koreya, Pakistan, Suriya, Cənubi Afrika da daxil olmaqla 23 ölkənin dəstəklədiyi layihədə dövlətlər “irqi ayrıseçkiliyin bütün formalarını lazımi vasitələrlə, o cümlədən tələb olunan hallarda qanunvericiliklə aradan qaldırmağa” çağırılır".

A.Səfixanlı qeyd edib ki, sənəddə "Nasist hərəkatının, neonasizmin və "Waffen-SS" təşkilatının keçmiş üzvlərinin hər hansı bir şəkildə qəhrəmanlaşdırılması ilə əlaqədar dərin narahatlıq ifadə olunaraq, bu təşkilatın üzvlərinə və anti-Hitler koalisiyasına qarşı mübarizə aparan, nasist hərəkatı ilə əməkdaşlıq edən, müharibə və bəşəriyyət əleyhinə cinayət törədənlərə abidələrin ucaldılmasının, küçə adlarının verilməsinin yol verilməz olduğu və bunun gələcəkdə insan hüquqlarının pozulması ilə müşayət olunan cinayətlərin törədilməsinə səbəb olacağı bildirilib.

Onun sözlərinə görə, faşizm ideologiyasını özünün dövlət siyasəti kimi müəyyən edən Ermənistanda artıq on illərdir ki, soyqırım və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərə abidələr qoyulur, onlar milli qəhraman kimi xatırlanır və gələcək nəslə nümunə kimi göstərilir: "Bunun nəticəsidir ki, Ermənistan artıq uzun illərdir insan hüquq və azadlıqlarının kobud şəkildə pozaraq, milli zəmində nifrəti təbliğ etməklə, genosid kimi sülh və bəşəriyyət əleyhinə cinayətləri törətməkdədir. Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Qeyd etmək istərdim ki, belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tamamilə ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minən genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər".

A.Səfixanlı əlavə edib ki, beynəlxalq hüquq insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli zəmində nifrətin təbliği, genosid kimi sülh və bəşəriyyət əleyhinə cinayətlərinin törədilməsinə şərait yaradan faşizm, nasizm və neonasizm amillərinin yol verilməz olduğunu, bu kimi siyasəti təbliğ edən dövlətlərin və şəxslərin cəzalandırılmasını nəzərdə tutmaqla yanaşı, gələcəkdə bu kimi halların baş verməməsi üçün də dövlətlər üzərində öhdəliklər müəyyən edib:

"Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq və regional platformalarda Ermənistanın uzun illərdir ki, Azərbaycana qarşı işğalçılıq və etniq təmizləmə siyasəti həyata keçirərək, milyonlarla insanın hüquq və azadlıqlarının kobud şəkildə pozduğunu, sülh və bəşəriyyət əleyhinə cinayətlər törətdiyini, faşizmi təbliğ etdiyini yüksək tribunalardan bəyan etmiş, beynəlxalq hüquq normalarının, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin implementasiyasında ayrı-seçkiliyə yol verilməməsini tələb edərək, bəşəriyyət üçün təhlükə mənbəyi olan Ermənistanın cəzalandırılmasını tələb edib. Bu yaxınlarda MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın tarix boyu insan hüquqlarına hörmət etmədiyini, etnik təmizləmə və işğalçılıq siyasətini dəstəklədiyini bir daha yüksək səviyyədə sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın məhz faşist ideologiyasına xidmət edən, insanlıq əleyhinə cinayətlərin törədilməsində, o cümlədən 1918-ci ildə azərbaycanlıların, daha sonra İkinci Dünya Müharibəsi zamanı yəhudilərin soyqırımında, Sovet İttifaqına qarşı döyüşən erməni legionunun yaradılmasında, arxa cəbhədə təxribatların törədilməsində bilavasitə iştirak etmiş, bu qanlı cinayətlərə rəhbərlik etmiş bir cinayətkara - Qaregin Njdeye abidə ucaltmasını, onun Ermənistanın qəhrəmanı kimi əbədiləşdirməsini faşizmə qarşı mübarizə aparmış, vuruşmuş, həyatlarını itirmiş milyonlarla insanların ruhuna hörmətsizlik kimi qiymətləndirib və belə halların yolverilməz olduğunu bildirib".




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Türkiyədə yol qəzasında 4 nəfər ölüb
17.11.2019
Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur
16.11.2019
Xədicə İsmayılova “Müsavat“ rəhbərliyini istefa verməyə çağırıb
16.11.2019
Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər aşkarlanıb
16.11.2019
Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info