Antalyada İƏT Nazirlər Şurasının 24-cü iclası keçirilir
Tarix: 09.11.2019 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 24-cü iclası keçirilir.
APA-nın xəbərinə görə, iclasda Azərbaycanı Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.
İclasda əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən film nümayiş olunub. Sonra Tacikistanın Xarici İşlər nazirinin müavini Xusrav Noziri və İƏT-in Baş katibi Hadi Süleymanpurun hesabat məruzələri dinlənilib. Məruzəçilərindən sonra təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib. Türkiyənin dövlət himni səsləndirildikdən sonra Nazirlər Şurasının 24-cü iclasını Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu aparıb.
Qeyd edək ki, Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. Hazırda təşkilatın Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İran daxil olmaqla, doqquz üzvü var. 1992-ci ildən İƏT-in tamhüquqlu üzvü olan Azərbaycan təşkilatda ən fəal ölkələrdəndir.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
“İranın daha bir aliminə qarşı terror aktı törədiblər”
29.11.2020
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
28.11.2020
Somalidә terror aktı törәdilib, ölәn vә yaralananlar var
28.11.2020
Həsən Ruhani iranlı alimin qətlini cavabsız qoymayacaqlarını bildirib
28.11.2020
Dağlıq Qarabağdan Suriyaya qədər... - Ərdoğan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info