Bel çantası onurğaya zərər verir
Tarix: 09.09.2013 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Bu gün məktəblilərin bel çantasının onların onurğasına zərərli olması narahatedici məqamlardandır. Fizoterapevt Gökhan Aygül Türkiyənin “CİHAN” agentliyinə məktəb çantalarının səhv istifadəsinin kiçik yaşlı və hələ onurğa inkişafı davam edən uşaqlarda ciddi çətinliklərə yol aça biləcəyini söyləyib: “Ağır kürək çantası daşımaq, məktəb uşaqlarının inkişaf etməkdə olan oynaq, əzələ və ligament strukturlarında yüklənmələrə səbəb olaraq onurğada əzələ gərginliyi yaradır. Bu da kürək əyriliklərinə səbəb olmaqdadır. Hətta düzgün yeriməmək ciddi onurğa və bel ağrılarına gətirib çıxarmaqdadır". G.Aygül məktəb çantasının səhv istifadəsinin uşaqlarda meydana gətirdiyi zərərlər və bunların aradan qaldırılması ilə bağlı məlumat verib: "Araşdırmalara görə, məktəbə gedən uşaqlarda bel ağrısı gündən-günə artır. Kiçik yaşda onurğa ağrısı çəkənlərdə, daha irəli yaşlarda onurğa deformasiyası (şikəstolma) riski artır. Hətta yaşlandıqca daimi problemlərlə nəticələndiyi müşahidə olunur. Bu səbəblə məktəblilərin və gənclərin erkən dövrlərdən etibarən onurğa ağrısından qorunmaları mövzusunda biliklərin verilməsi lazımdır. Kürək çantası məktəb yaşlı uşaqlarda ən çox rast gəlinən ağırlıq daşıma səbəbidir”. Uşaqların mümkün olduğu qədər yüngül çanta daşımalı olduğuna diqqət çəkən Aygül bildirib ki, ağırlıq bədənin quruluşuna tərs bir anlayışdır: “Buna görə məktəblilər mümkün olduğu qədər yüngül çanta daşımalıdır. Yalnız lazım olduğu qədər vəsait qoyub mümkün olan ən az ağırlıqla daşımaq lazımdır. Həddindən artıq ağır olan bel çantası onurğaya qoyulan yükü artıracağından xüsusilə bel bölgəsinə ağrı verə bilər. Hətta yetkinləşdikcə bel yırtığını meydana gətirə bilər. İstifadə edilən bel çantalarının təktərəfli istifadəsi daha çox risk təşkil etməkdədir. Ağırlığın tək tərəfə düşməsi o bölgəyə olan təzyiqi ikiqat artırır. Bu isə şikəstlik riski yaradır. Boyun sürətlə artdığı bu dövrdə təktərəfli yüklənmə onurğada əyriliklərə səbəb ola bilər". Onun fikrincə, çantanın asqıları yumşaq olmalıdır. Sərt çiyin asqıları ən başda çiyin qurşağı əzələlərinə zərər verir. Bundan başqa, çantanın öz ağırlığının da çox olmamasına diqqət yetirilməlidir. Çanta ağırlığı bədən ağırlığının 10 faizi qədər olmalıdır. Bu nisbət ibtidai məktəb uşaqlarında 3-4 kq, digər uşaqlarda isə təxminən 5-8 kq arasında olmalıdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Sensasion araşdırma: Ölülər məzarda hərəkət edir və… - VİDEO
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info