Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
Tarix: 13.11.2019 | Saat: 11:44:00 | E-mail | Çapa göndər


Özbəkistanın Xorezm vilayətində keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində vilayətin mərkəzi şəhəri Urgəncdə Gənclər ittifaqının akt zalında Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib.
Tədbir Özbəkistanın Xorezm vilayətində keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində reallaşdırılmışdır.
Tədbirdə Xarezm vilayətinin mədəniyyət, incəsənət sahəsi üzrə mütəxəssisləri, müəllim və tələbələr, hakimiyyət nümayəndələri, gənclər, jurnalistlər iştirak ediblər.
İlk öncə Xorezm Vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayev Azərbaycanla münasibətlər, Azərbaycan mədəniyyətinin vizit kartı olan milli rəqslərimiz barədə çıxış edərək, xarəzm vilayətinin də zəngin rəqs ənənələrinin olduğunu qeyd edib. Natiq bu yaxınlarda Vilayətdə təşkil olunan “Rəqsin sehri” adlı Beynəlxalq rəqs festivalında da Fikrət Əmirov adına Azərbaycan Dövlət Rəqs və mahnı Ansamblının qran-pri mükafatına layiq görülməsi ölkəmizin rəqs sənətinin zəngin və unikal olduğunu sübut etdiyini qeyd edib. Azərbaycan xalqının yaratdığı rəqslərin uzun əsrlər boyu öz rəngarəngliyi və coşğunluğu ilə insanı valeh etdiyini söyləyən Şavkat Yaxşıbayev Özbəkistanda milli rəqslərimizə böyük maraq və sevgi olduğunu vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, xalqımızın zəngin mənəvi sərvəti olan rəqslərimizin sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşdığını, onun incəsənətinin təkrarsızlığını nümayiş etdirildiyini bildirib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində rəqs dərnəyinin yaradıldığını və bu dərnəkdə yüzlərlə uşaq, yeniyetmələrin milli rəqslərimizin sirlərini öyrədildiyini qeyd edib. O, Azərbaycan milli rəqslərinin xarici ölkələrdə təbliği, bu istiqamətdə Heydər Əliyev Fondunun layihələri barədə məlumat verib.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs dərnəyi və Azərbaycan qızları rəqs ansamblının rəhbəri Kaykep Aliyeva həmahəngliyi, zərifliyi və dəqiqliyi, şuxluğu ilə insanlara böyük mənəvi zövq yaşadan milli rəqslərimiz haqqında danışıb. Azərbaycan və Özbəkistanın Əməkdar Artisti Kaykep Aliyeva “Uzundərə”, “Nəlbəki”, “Köçəri”, “Yallı” və başqa rəqslərimizin özünəməxsusluğu, onların xalqımızın məişət həyatı, adət-ənənələri, mədəni zənginliyini özündə əks etdirdiyini söyləyib.
Daha sonra praktiki olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan milli rəqslərini təqdim edib. Ansamblın ifasında “ Azərbaycan süitası”, “Uzundərə”, ” Nəlbəki”, “Aman Tello”, “Mirzeyi” kimi milli rəqslərimiz ifa olunub. Azərbaycan rəqsləri iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.
Qeyd edək ki, bununla əlaqədar Mərkəzin zalında “Milli rəqslərimiz xalqımızın mədəni sərvətidir” adlı fotosərgi də nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
18.11.2020
“Türkvizyon“ gələn il Şuşada keçiriləcək
18.11.2020
“Qarabağ – mədəniyyətimizin beşiyi”: Xubyarlı türbələri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info