Misir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir
Tarix: 13.11.2019 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Xoş gəlmisiniz Azərbaycana, sizi səmimiyyətlə salamlayıram. Zirvə görüşündə iştirak etməyiniz bizi çox məmnun edir, şadam ki, ölkəniz bu tədbirdə yüksək səviyyədə təmsil olunur. Əlbəttə, səfəriniz yaxşı imkan yaradır ki, biz ikitərəfli münasibətlər haqqında danışaq. Bizim ikitərəfli münasibətlərimiz də uğurlu inkişaf edir və bir çox sahələri əhatə edir. Sizin ölkəniz bu yaxınlarda Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə yüksək səviyyədə təmsil olunmuşdur və Yekun Bəyannamənin qəbul edilməsində də ölkənizin mövqeyini biz yüksək qiymətləndiririk. Bildiyiniz kimi, növbəti üç il ərzində Azərbaycan bu Hərəkata sədrlik edəcək və bu məsələyə çox böyük məsuliyyətlə yanaşırıq. İqtisadi sahədə əlaqələrimizə gəldikdə, deyə bilərəm ki, bu sahədə çox böyük potensial var. Yaxşı siyasi əlaqələrimizi nəzərə alaraq, hesab edirəm, iqtisadi sahədə biznes qurumlarına biz çox ciddi siqnal verməliyik ki, onlar öz fəaliyyətini bir az da genişləndirsinlər. Şadam ki, turizm sahəsində də yaxşı irəliləyiş var, həm Azərbaycan turistləri ölkənizi ziyarət edirlər, həm də ki, Misirdən gələn qonaqların sayı artmaqdadır. Təbii ki, parlamentlərarası əlaqələrə də böyük əhəmiyyət verilir. Əminəm ki, səfər zamanı bu əlaqələrə yeni təkan veriləcək.

Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-ŞƏRİF dedi:

-Bismillahir rəhmanir rəhim. Möhtərəm cənab Prezident, icazə verin, əvvəlcə vaxt tapıb bizi qəbul etdiyinizə görə Sizə şəxsən öz adımdan və həmkarlarım adından təşəkkürümüzü bildirim. Azərbaycan xalqına qonaqpərvərliyə və istiqanlılığa görə dərin təşəkkürümüzü bildiririk. İcazə verin, Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah əs-Sisinin şəxsən öz adından və Misir xalqı adından Sizə və Azərbaycan xalqına ehtiramını və dərin təşəkkürünü çatdırım. Şəxsən öz adımdan bildirmək istəyirəm, mən çox xoşbəxt insanam ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevlə Misirdə görüşmüşəm. Bu gün də çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşürəm. Əlbəttə ki, son illər Azərbaycanın bütün sahələrdə, istər iqtisadi, istər infrastruktur, istərsə də bütün sahələrin inkişafı baxımından əldə etdiyi nailiyyətlər digər dünya dövlətlərinə bir nümunədir.

X X X

Prezident İlham Əliyev onun da salamlarını Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş etdi. Misirin Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif bildirdi ki, ölkəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
07.12.2019
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib
07.12.2019
Qar yağacaq, yollar buz bağlayacaq - xəbərdarlıq
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info