“Sərmayələrin cəlbi və yeni müəssisələrin yaradılması sahəsində Ermənistanda heç bir iş görülməyib”
Tarix: 13.11.2019 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


“Paşinyan arxada qoyduğu il yarımdan artıq müddətdə, sadəcə olaraq, xalqa boş vədlər verməklə məşğul olub”

Dünya təcrübəsindən məlum olduğu kimi, kölgə iqtisadiyyatı, demək olar ki, həmişə korrupsiyaya rövnəq verərək, onun inkişafına stimul yaradıb. Bu isə öz növbəsində, iqtisadiyyatdakı "kölgə" səviyyəsinin artmasına zəmin yaradıb. Lakin maraqlıdır ki, hazırda Ermənistanda hakimiyyətdə olan Paşinyan hökuməti ölkənin iqtisadiyyatında sistemli korrupsiyanın artıq aradan qalxaraq yoxa çıxdığını və ümumiyyətlə, yeni dövlət siyasəti sayəsində kölgə sektorunun yerini itirməkdə olduğunu iddia etməkdədir. Bəli o, bunu inadla iddia etsə də, lakin reallıqlar başqa nüanslardan xəbər verir.
Bu gün Ermənistanda "iqtisadi inqilab"dan təkcə Nikolun danışdığını dilə gətirən Respublikaçılar partiyasının nümayəndəsi Qaqik Minasyan Paşinyan komandasından olan iqtisadi blok nümayəndələrinin bu termindən çəkindiklərini, ümumiyyətlə, bu sözü dilə gətirməkdən elə bil qorxduqlarını bildirir. «Qolos Armenii» saytına danışan Minasyanın fikrincə, "çünki Paşinyan komandasında təmsil olunanların çoxu "iqtisadi inqilab"ın nə demək olduğunu dəqiq başa düşür və reallıqda heç bir şeyin olmadığını da görürlər. Partiya nümayəndəsi daha sonra deyir: "Bu gün ölkədə aparılan islahatlara gəlincə, ümumiyyətlə, hər hansı bir ölkənin iqtisadiyyatının inkişafı üçün daimi islahatlar lazımdır. Təbii ki, mən bunu dünya dövlətlərinin təcrübəsinə əsasən bildirirəm. Bu gün Paşinyan ölkədə islahat aparmağa start verməsə, Ermənistanda hər hansı bir inkişafa heç cür nail ola bilməyəcək. Doğrudur, baş nazir ölkədə artıq islahatlara start verdiyini bildir. Lakin onun dediklərinə rəğmən, hələ ki, bu islahatların nəticəsi müşahidə edilmir, ümumiyyətlə, bunların hamısı bizə adət etdiyimiz boş xülya kimi görünür. Əslində, Nikolun ölkədə hər hansı bir islahatın həyata keçirilməsində maraqlı olduğunu, şəxsən mən, hələ ki müşahidə etməmişəm. Belə görünür ki, bu gün ölkədəki islahat adı ilə xalqa təqdim edilənlər əvvəlki hakimiyyət tərəfindən başlanan və son günlərini başa vurmaqda olan islahatlardır. Etiraf edilməlidir ki, hazırkı hakimiyyətin ölkənin ayrı-ayrı sahələrindəki uğursuzluğu onun peşəkar komandaya hələ də sahib olmaması ilə əlaqədardır. Bundan əlavə, ölkənin inkişafına çatmaq üçün iradə lazımdır ki, mən də bunu Paşinyan hakimiyyətində görmürəm. Bu gün Paşinyan durmadan ölkə iqtisadiyyatının tərəqqisindən danışsa da, reallıqlar başqa şeylərdən xəbər verir. Nümunə üçün ölkənin iqtisadiyyatında əsas iş göstəricilərini qiymətləndirən Dünya Bankının son hesabatına diqqət çəkmək kifayətdir. Belə ki, burada ötən il 41-ci yerdə göstərilən Ermənistan, bu il 47-ci yerə qədər yuvarlanıb. Bu, sərmayələrin cəlb edilməsi və yeni müəssisələrin yaradılması baxımından bizdə heç bir iş görülmədiyinin təcəssümüdür. Yəni yeni hökumət arxada qoyduğu il yarımdan artıq müddətdə, sadəcə olaraq, xalqa boş vədlər verməklə məşğul olub. Məhz bu mənada, mən bir daha, hazırkı hakimiyyətin iqtisadiyyatda yeni islahatların aparılması prosesinə başlamadığını, yalnız əvvəlki hakimiyyətdən qalan islahatları davam etdirdiyini xatırlatmaq istəyirəm. Məsələ bundadır ki, bütün problemlər də elə bundan qaynaqlanır. Yəni demək istəyirəm ki, sabiq hakimyyətin tətbiq etdiyi islahatların çoxu artıq ömrünü başa vuraraq, sadəcə olaraq, mövcud deyil. Paşinyan isə mən də daxil olmaqla çoxlarına təəccüblü, daha doğrusu ölkənin hazırkı vəziyyətində əlçatmaz görünən, gözəl şüarlar səsləndirməkdə davam edir.
Məsələn, baş nazirin sözlərinə görə, 2050-ci ilə qədər Ermənistanda ÜDM-in səviyyəsi 15 dəfə artacaq. Bu məqamda göstərilən hədəfə çatmaq üçün ölkə iqtisadiyyatının illik artımının, təqribən 9,5 faiz olmasını Nikola xatırlatmaq lazımdır. Halbuki yeni büdcə layihəsində iqtisadi artımın yalnız 4.9 faiz göstəricisi var. Axı bu göstəricinin tələb olunan 9.5 faiz artımdan çox uzaq olduğunu adi məktəb şagirdi də görə bilər. Əslində, mən 2020-ci il büdcəsinin elan edilmiş “iqtisadi inqilab”a uyğun olub- olmadığını başa düşməkdə hələ də çətinlik çəkirəm. Mənə görə, bunun üçün büdcə göstəricilərini Paşinyanın başçılıq etdiyi hökumətin elan etdiyi şüarlarla müqayisə etməliyik. Bu gün onlar, Paşinyan başda olmaqla, ölkədəki kölgə iqtisadiyyatının ləğv edildiyi barədə danışırlar. Mən əvvəllər Ermənistandakı kölgə iqtisadiyyatının səviyyəsinin təxminən 40-50 faizəə çatdığı barədə danışıldığını xatırlayıram. Bu gün isə belə görünür ki, Paşinyan hakimiyyətdə olduğu qısa müdədtdə artıq 40-50 faizlik kölgə iqtisadiyyatını qısa müddətdə aradan qaldıra bilib(?). Belə olan halda Nikola belə bir sual ünvanlamaq istəyirəm: əgər siz deyən kimi ölkədə kölgə iqtisadiyyatı ləğv edilibsə, bu halda, niyə vergilərin ÜDM-ə nisbəti artmır? Məsələ bundadır ki, bu gün Ermənistanda "kölgə" iqtisadiyyatı gözümüzdən uzaqda, amma fərqli səviyyədə böyüməyə başlamaqdadır. Yəni aşağı bir səviyyədən daha yüksək güc eşelonlarına qalxmaqdadır. Bu isə o deməkdir ki, iqtisadiyyatımız hələ də sistemli korrupsiya vəziyyətindədir".
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Əhməd Davudoğlu yeni partiyasını elan edib: Gələcək Partiyası
13.12.2019
Türkiyə: “ABŞ Senatının qərarını tanımırıq“
13.12.2019
Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək
13.12.2019
Ankarada Çingiz Aytmatovun heykəli ucaldıldı
12.12.2019
Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11402

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info