Cəlilabadda xeyriyyə aksiyası keçirilib
Tarix: 13.11.2019 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Cəlilabad rayonunda aztəminatlı ailələrin uşaqlarının sünnət olunmaları üçün xeyriyyə aksiyası təşkil olunub. Xeyriyyə aksiyası İctimai Əsaslı Reabilitasiya Mərkəzinin rəhbəri Xatirə İbayevanın təşkilatçılığı və iş adamları Nadir və Polad Cəfərovların maddi dəstəyi ilə həyata keçirilib. Aksiya çərçivəsində aztəminatlı ailələrdən olan 29 uşağın iştirakı ilə şənlik təşkil edilib. Tədbirdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polkovnik Mübariz Quliyev, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Nəbiyev, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəsi Elnur Atakişiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Mahmud Əsgərov, Qarabağ qazisi Maşallah Əhmədov, yazıçı Meyxoş Abdulla, tanınmış cərrah-həkim Qorxmaz Dadaşov, rayonun tanınmış xeyriyyəçiləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Azərbaycanın tanınmış müğənniləri - Yusif Mustafayev və Cavad Rəcəbov müxtəlif mahnılar ifa ediblər. Şənlikdə uşaqların əylənməsi üçün şərait yaradılıb və onlara müxtəlif hədiyyələr verilib.
Tədbirdən sonra Cəlilabad Rayon Mərkəzi xəstəxanasında uşaqlara ambulator baxış keçirilib və onlar sünnət olunmaları üçün əməliyyata götürülüb. Peşəkar həkim-cərrah tərəfindən aparılan əməliyyatlar sanitar-gigiyenik qaydalara tam əməl olunmaqla baş tutub. Xeyriyyə aksiyası uğurla başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Azərbaycanda pilotsuz taksilər olacaq
13.12.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
13.12.2019
Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır
12.12.2019
Bərpaya ehtiyacı olan mədəni sərvət - “Qonaqkənd” xalçası
12.12.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11402

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info