Hesab.az-dan 3500 nəfər pulsuz plastik bank kartları və stikerləri qazandı!
Tarix: 13.11.2019 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


“Nağdsız Cəmiyyət Günləri” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və “Qoldenpay” ASC-nin birgə təşkilatçılığı ilə 31 oktyabr – 7 noyabr tarixlərində keçirilən “Nağdsız ödəyən qazanır!” adlı stimullaşdırıcı kampaniya başa çatıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, Hesab.az öz sosial media və reklam kanalları üzərindən lahiyəyə dəstək olmaqla yanaşı, lahiyə çərçivəsində istifadəçilərinə “Dərhal dəyiş” bölməsində 11 bank tərəfindən 3500-ə yaxın pulsuz plastik bank kartları və stikerlərini əlavə ödəniş olmadan müəyyən bonus qarşılığında təqdim edib. Qeyd edək ki, lahiyə olduqca uğurla başa çatıb və istifadəçilərin marağına səbəb olub. Daim öz istifadəçilərinə böyük lahiyələr təqdim edən və tərəfdaşlıqlar sayəsində üstünlük qazandırmağa çalışan Hesab.az, yaxın zamanda da yenilikləri ilə onları sevindirəcək.
“Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank of Baku” ASC, “Bank Avrasiya” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “NBC Bank” ASC, “Xalq Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” ASC, “VTB Bank (Azərbaycan) ASC və “Turanbank” ASC lahiyədə iştirak etmişdir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tanker istismara verilib
13.12.2019
Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 13 faiz artıb
13.12.2019
Prezident Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
13.12.2019
Bakıda vətəndaşlara bıçaqla hücum edənlərin kimliyi məlum oldu
13.12.2019
Müxalifət funksioneri “boykot“ çağırışına görə Əli Kərimlini “ağ yuyub, qara sərdi“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11402

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info