Azərbaycanda somalili tələbələr üçün təhsil imkanları müzakirə edilib
Tarix: 13.11.2019 | Saat: 21:36:00 | E-mail | Çapa göndər



Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Somalinin Təhsil və Mədəniyyət naziri Abdullahi Godah Barre ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Somali ikitərəfli əlaqələrinin inkişafına toxunulub.
Somalinin Təhsil və Mədəniyyət naziri iki ölkə arasında ali təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə toxunaraq, ölkəsinin bu sahədə maraqlarından danışıb. Bildirib ki, hələ sovet dövründən iki ölkə arasında əlaqələr inkişaf edib. Həmin dövrdə somalili tələbələr Azərbaycan universitetlərində ali təhsil alıblar. Təhsil sahəsində əlaqələrin yenidən inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
R.Həsənov iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin əhəmiyyətindən söz açıb. Ali təhsil sahəsində xarici tələbələr üçün yaradılmış mövcud şərait haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan tələbələrə təqaüd verilir. İnkişaf etməkdə olan ölkələrdən gələn tələbələr üçün ölkəmizdə xüsusi şəra
Eyni zamanda, nazir müavini Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) fəaliyyəti haqqında, Agentliyin 90-a qədər ölkəyə, xüsusilə də Afrika ölkələrinə dəstəyindən söz açıb.
Azərbaycan ilə UNESKO arasında 2013-cü ildə imzalanmış Çərçivə Sazişi, saziş əsasında yaradılmış Etimad Fondu haqqında məlumat verilib. Bu saziş çərçivəsində Azərbaycanın UNESKO-nun prioritet sahə kimi qəbul etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində həyata keçirilən layihələrdən danışılıb. Ölkəmizin az inkişaf etmiş ölkələrə təhsil, elm və mədəniyyət sahələrinin inkişafında xüsusi yardım göstərdiyi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Səudiyyə Ərəbistanı Krallığının səfiri Aİİ-ni ziyarət edib
12.12.2019
Psixoloqların əmək haqları artacaqmı?
12.12.2019
Gürcüstandakı azərbaycanlı şagirdlər dərsliklərlə təmin olunaq
12.12.2019
Bakı Atatürk Liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019
Ədəbiyyat İnstitutunda elmi seminar: hürufi qaynaqlarında Seyid Nəsimi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11402

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info