UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib
Tarix: 14.11.2019 | Saat: 01:23:00 | E-mail | Çapa göndər



UNESKO Baş Konfransının 40-cı sessiyasında ümumi siyasi debatlar zamanı çıxış edən Ermənistan təhsil və elm naziri Arayik Harutyunyan təxribata əl atıb. O, Dağlıq Qarabağ “xalqı”nın öz təhsil hüququndan istifadə edə bilməməsi və mədəni irs abidələrinin qorunması mövzusuna toxunaraq, Naxçıvanda “erməni qəbirlərinin dağıdılması” kimi yanlış fikirlər söyləyib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyi cavab hüququndan istifadə edib. Müşavir Ayaz Qocayev nümayəndə heyətimizin bəyanatını həmin debatda səsləndirib.
Bəyanatda ölkəmizin ərazisinin 20 faizinin erməni qoşunları tərəfindən işğal olunduğu və bu işğalın uzun illərdir davam etdiyi bildirilib. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal altındakı torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq Ermənistan torpaqlarımızı hələ də işğal altında saxlayır. Bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Bəyanatda vurğulanıb ki, Dağlıq Qarabağ “xalqı” yoxdur, Dağlıq Qarabağın uzun zaman sülh və harmoniyada yaşamış azərbaycanlı və erməni icmaları var. Ermənistan tərəfindən aparılmış təcavüz və separatçılıq siyasəti nəticəsində Dağlıq Qarabağın azərbaycanlı icması etnik təmizlənməyə məruz qalıb. Burada yaşamış azərbaycanlılar öz təhsil hüquqlarından istifadə edə bilmədikləri üçün 2030-cu il Davamlı İnkişaf Proqramının məqsədləri həyata keçirilmir.
Sülh və birgə yaşamaq mədəniyyətini aşılamaqda, nifrət nitqinə qarşı mübarizə aparmaqda təhsilin vacibliyi qeyd olunan bəyanatda belə təhsilin ilk növbədə azərbaycanlıların və ermənilərin etnik uyğunsuzluğundan danışan və nasist generallarının şərəfinə abidə ucaldan Ermənistan rəhbərlərinə tətbiq edilməli olduğu vurğulanıb. Yuxarıda sadalanan belə təhlükəli siyasətin beynəlxalq və regional təşkilatlar tərəfindən də tənqid edildiyi diqqətə çatdırılıb
Bildirilib ki, mədəni irsin qorunmasına gəldikdə isə erməni tərəfi ölkəmizin işğal olunmuş ərazilərində Azərbaycanın bütün mədəni irs abidələrini niyyətli şəkildə yerlə-yeksan etməkləri ilə bağlı hesabat verməlidirlər.
Bəyanatın sonunda bildirilib ki, insanların düşüncəsində sülh yaratmaq üçün UNESKO kimi mötəbər təşkilatdan istifadə etməliyik ki, gələcək nəsillər birgə sülh və harmoniyada yaşamaq ideyasından bəhrələnə bilsin.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Azərbaycanda seçkiləri AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
12.12.2019
Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb
12.12.2019
Müxalif düşərgə sosial şəbəkədə özünü ifşa edir
12.12.2019
Siyavuş Novruzov: “Milli Şura“ zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir
12.12.2019
YAP-ın növbədənkənar seçkidəki nümayəndələrinin siyahısı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11402

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info