Prezident təqaüdçüləri solo konsertlə çıxış edəcəklər
Tarix: 14.11.2019 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


Akademik Musiqili Teatrda yeni layihə!

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Kamil Həsənovun solo konserti keçirilib. Konsertdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev istedadlı musiqiçinin yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Teatrda çalışan prezident təqaüdçülərinin konsertlərinin bundan sonra da mütəmadi şəkildə təşkil ediləcəyini söyləyib.
“Azərbaycanda gənc istedadlara dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir. Kamil Həsənov da onlardan biridir. O, Akademik Musiqili Teatrda ötən ildən fəaliyyətə başlasa da, musiqi aləmində qazandığı uğurlarının başlanğıcı illər öncəyə təsadüf edir. Hələ 14 yaşında ikən – 2010-cu ildə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə onun adı Gənc istedadların “Qızıl kitabı”na yazılıb və prezidentin xüsusi təqaüdünə layiq görülüb. Öz yaşıdları arasında gözəl musiqi duyumu, yüksək ifaçılıq məharəti ilə fərqlənən Kamil beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edib, İlk uğurunu 2007-ci ildə "Gənc Pianoçuların IV Bakı Müsabiqəsi”ndə qazanıb. Sonra Ukraynada keçirilən "Azərbaycan-Rusiya Mədəniyyətlərarası Dostluq Festivalı”nda I yerə layiq görülüb. 2009-cu ildə Gürcüstanda, 2012-ci ildə isə Macarıstanda keçirilən gənc pianoçuların beynəlxalq festivallarında birinçilik əldə edib, qızıl medallar qazanıb...”, – deyə Ə.Lalayev bildirib.
Tamaşaçılar Kamil Həsənovun ifasında dünyaşöhrətli bəstəkarların əsərlərini – Fredrix Şopenin “Vals №7” və “Noktürn №20”, Riçard Koçiantenin “Lune” və “Belle”, Beret Vaunun “A time for us” (“Romeo and Julietta”), Tofiq Quliyevin “Qaytağı”, Yirumanın “River Flows in you”, Fərhad Bədəlbəylinin “Dəniz” və həmçinin Kamilin öz bəstəsi olan “Zaman” və “Elegiya” əsərlərini maraqla qarşılayıblar.




 
Bölməyə aid digər xəbərlər
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
18.11.2020
“Türkvizyon“ gələn il Şuşada keçiriləcək
18.11.2020
“Qarabağ – mədəniyyətimizin beşiyi”: Xubyarlı türbələri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info