Müxalifətin “mühacir biznesi” iflasa uğrayır
Tarix: 14.11.2019 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri də seçilib. Bu hadisənin ardınca xeyli sayda saxta partiya sənədləri ilə Avropaya üz tutan “müxalifətçilərin”-yalançı mühacirlərin Azərbaycana deportasiya ediləcəyi ilə bağlı məlumatlar da gəldi. Hətta iş o yerə çatıb ki, Avropada yaşayan söyüşcül dəstənin üzvlərindən, tanınmış mühacirlərdən də bəziləri həyəcanlı statuslar yazaraq, bəzi mühacirlərin geri göndərilməsi ehtimalının artdığını deyirlər.
Maraqlısı budur ki, mətbuat olaraq illərdir yazır, ortaya konkret faktlar qoyurduq ki, radikal müxalifət partiyaları, onların üzdə mələk olan rəhbərləri mühacir biznesi ilə məşğul olurlar, Avropaya saxta müxalifətçilər “ixrac edərək” bu işdən pullar qazanırlar. Amma bu illər ərzində həmin müxalifət partiyalarının rəhbərləri bunun real olmadığını deyib, insanların gözünə kül üfürürdülər. İndi isə işlər qəlizləşib, ortada böyük qalmaqala səbəb olan ifşa olunmuş şəbəkə var və dara düşən müxalifətçilər belə, bir-birilərni ittiham etməyə başlayıblar ki, “mühacir biznesi ilə mən yox, sən məşğul olursan” və s. Buna misal olaraq, Müsavat Partiyası ilə ReAl Partiyası arasında yaranmış yeni söz davasını göstərmək olar. Belə ki, Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və "siyasi mühacir alveri"nə görə Almaniya polisi tərəfindən həbs edilməsi xəbəri yayılandan dərhal sonra sosial şəbəkələrdə ilk olaraq, bu məsələdən öz maraqlarına istifadə edənlər cəbhəçilər oldular. Ayrı-ayrı statuslarda müsavatçıların adının hallandığı bu olayı pisləyən AXCP üzvləri özlərini “süddən çıxmış ağ qaşıq” kimi göstərməyə başladılar. Elə ReAl da dinc dayanmadı... Belə ki, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlının “Facebook”da yazdığı status ReAl-çıları bərk hiddətləndirib. Səxavət Soltanlı "Facebook"da belə yazıb: “Kim olmasından asılı olmayaraq, hansısa qanunsuz işdə adı keçən hər kəs cəzasını almalıdır. Qanunsuz əməllərdə iştirakı sübut olunan heç bir kəs bizimlə bir yerdə ola bilməz!”. Bu statusa ReAl Partiyası üzvlərinin yazdıqları rəylər qarşılıqlı mübahisəyə səbəb olub. ReAl partiyasının üzvü Dağlar Mustafayev onun paylaşımı barədə yazıb: "O zaman, Müsavat rəhbərliyindən başlayın. Zamanında o da üzə çıxacaq. Necə ki, əvvəl inkar etdikləriniz bu gün üzə çıxır”. Səxavət Soltanlı isə cavab olaraq yazıb ki, deyilənlər şər-böhtandır. Amma ReAl-çı Dağlar Mustafayev onun fikirlərinə "Bu gün bu məsələni inkar edənlər, ya sadəlövhdür, ya da işin içindədirlər. Bilə-bilə susurlar." - deyə cavab verib. Ardınca Müsavat və ReAl üzvləri bir-birilərini "şərəfsiz" və digər sözlərlə təhqir ediblər.
Bu hələ aysberqin görünən tərəfidir... Həqiqətən də bir zamanlar AXCP-nin içindən çıxan birisi rəhbərliyi mühacirət edən yalançı müxalifətçilərə, mitinq iştirakçılarına saxta partiya sənədləri satmaqda ittiham etmişdi, bundan sonra yaranan qalmaqalda o, AXCP-nin mühacir biznesi ilə məşğul olmasını ifşa etməyə hazır olduğunu demişdi. Daha sonralar isə Müsavatın da adı bu çirkin biznesdə hallandı. Hətta Avropada yaşayan bəzi tanınmış müsavatçılar da Arif Hacılı və digər yetkililərə açıq suallar ünvanlayaraq, partiyalarının adının Avropada saxta sənəd satılması olaylarında rəsmən hallanmasının izahatını tələb etmişdilər. Partiya yetkilisi Gülağa Aslanlı bununla bağlı sosial şəbəkələrdə açıqlama versə də bu yetərli sayılmamış və hələ də o mövzu açıq qalmışdı. İndi Almaniyada belə bir şəbəkənin aşkarlanaraq, ifşa edilməsinə baltanın dibindən vurulması desək, daha düzgün olardı...
Əslində, müxalifətin bu cür hadisələrdə adının hallanması təəccüb doğurmamalıdır. Zatən hər kəsə bəlli idi ki, bu gün Avropanın mərkəzində oturub, Azərbaycan məmurlarını söyüb, milli-mənəvi dəyərlərimizə zidd addımlar atmaqla, sosial şəbəkələrdə qəhrəmana çevrilənlərin böyük əksəri siyasi sığınacağı hansısa saxta sənədlər əsasında alıblar. Söyüşcül dəstənin üzvlərinin çoxu, demək olar ki, siyasi anlayışlar, davranışlar nədir, heç doğru-düzgün etik, mədəni davranışları belə, qavramayıblar. Danışıq qabiliyyəti olmayan Orduxandan tutmuş, digər sosial şəbəkə müxalifətinin, saxta mühacirlərin əksəri təhqirləri belə, doğru- düzgün yazmırlar. Yəni bunların hamısı Azərbaycanda normal siyasətlə məşğul olmamış, siyasətə təsadüfən gələnlərdir. Təbii ki, belələrinə də saxta sənədlər əsasında zamanında siyasi sığınacaq verilib.
Uzun sözün qısası, görünən odur ki, mühacir biznesinin ifşası Bakıda da müxalifətin büdcəsinə və onsuz da sıfır səviyyəsində olan imicinə mənfi təsir edəcək.

Tural Tağıyev






 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
05.12.2019
Serj Sarkisyana kim xəyanət etdi?
04.12.2019
Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
03.12.2019
Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”
02.12.2019
Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi
5 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info