Azərbaycanlı qonaqlar Özbəkistanda İçən-Qala dövlət qoruğunu ziyarət ediblər
Tarix: 15.11.2019 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Özbəkistan Xorezm vilayətində keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Azərbaycandan və Özbəkistandan olan nümayəndə heyəti Xivə şəhərindəki İçən-Qala Dövlət Tarixi memarlıq muzeyini ziyarət etmişdir.
Orta Asiyada İpək Yolu üzərində yerləşən və təkrarsız abidələri özündə cəmləşdirən, möhtəşəm abidələri ilə dünyanı heyran qoyan Xivə şəhərinin mərkəzində yerləşən İçən-Qala YUNESKO-nun siyahısına daxil edilmişdir.
Bu tarixi məkan çoxsaylı xarici turistlərin üz tutduğu böyük mədəniyyət mərkəzidir.
Burada çoxsaylı mədrəsələr, minarələr, məscidlər, saraylar, məğbərələr mövcuddur və İslam tarixi üçün, habelə hər il Özbəkistana gələn turistlər üçün bu təkrarsız Dövlət muzeyi ziyarət edənlərə mədəni irsinin nümunəsidir.
Azərbaycan nümayəndə heyəti Seyid Alovuddinn , Pəhlivan Mahmud məğbərəsini, Usta Xoca məscidini, habelə İçan Qala ətrafında yerləşən Dişan-Qala kompleksini ziyarət etmişdilər.
Qonaqlara məlumat verilmişdir ki, Özbəkistanın bütün gözəlliklərini, incəsənətini, təkrarsız memarlıq abidələrini özündə əks etdirərək, hər il milyon turistlər ziyarət etdiyi Xivə şəhəri möhtəşəm sənət nümunəsidir, Şərq dünyasının elçisidir.
Daha sonra “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”ndə iştirak edənlərə rəsmi ziyafət verilmişdir. Ziyafətdə Xarezm vilayət hakiminin müavini Temur Davletov, çıxış edərək, “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin” ilk dəfə olaraq Xarezm vilayətində keçirilməsinin mahiyətindən danışaraq, bu layihəni Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilməsini qeyd etdi. O, sözü gedən tədbir nəticəsində üç gün ərzində Şərq və Qərbin zəngin ənənələrini özündə əks etdiyini, Odlar Yurdu – Qafqazın mirvarısı olan Azərbaycanın ənənələri, tarixi, incəsənəti ilə yaxından tanış olduğunu söyləyib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri “ xalqlarımızı daha da yaxınlaşdırılması, ortaq dəyərlərimizi, habelə milli mədəniyyətimizin təbliğini həyata keçirtdiyini söylədi.
Diplomat Xarezm vilayətində gözəl təəssüratla və unudulmaz xatirələrlə başa çatan Mədəniyyət günlərinin uğurla yekunlaşdığını və bu işdə zəhəməti olan hər kəsə öz təşəkkürünü çatdırdı.
S. Abbasov yaradılan şərait və təşkil üçün Xarezm rəhbərliyinə minnətdarlığını bildirib, tədbirdə xüsusi təşəbbüskarlıq göstərən Xarezm vilayət hakiminin müavini Temur Davletova, Xorezm Vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayeva Özbəkistandakı Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Fəxri diplomlarla təltif etmiş, onlara Azərbaycan milli xalçalar və suvenirlər hədiyyə olaraq bağışlanmışdır. Daha sonra tədbir bədii proqramla davam edildi. Bədii proqramda Özbəkistan və Azərbaycan musiqisi, Xarezm vilayətinin rəqs kollektivləri və tanınmış muğənniləri milli musiqilərini ifa etdilər. Dram teatrın kollektivi Azərbaycan bəstəkarı Üzeir Hacıbəyovun “Arşın mal alan” operettasından musiqi parçalarını ifa etdilər. Azərbaycanın Əməkdar artisti, Özbəkistanda keçirilən 2017 “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatı laureatı Sahib Paşazadənin milli musiqimizin tarda ifası alqışlarla müşaiyət edilib. Qonaqları Xorezmin milli mətbəxinə qonaq etdilər.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib
06.12.2019
Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşılayıblar
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək
05.12.2019
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info