Azərbaycan və Rusiya prezidentlərinin birgə səyləri ilə hər iki ölkə mehriban qonşuya və strateji tərəfdaşa çevrilib
Tarix: 16.11.2019 | Saat: 11:49:00 | E-mail | Çapa göndər


Strateji tərəfdaşlıq səviyyəsinə çatmış Azərbaycan-Rusiya münasibətləri Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, Azərbaycanla Rusiya arasında həmişə isti münasiblər mövcud olub: "Rusiya ilə Azərbaycan qonşu ölkələrdir və daim bir-birilərini dəstəkləyiblər. Həmçinin, Azərbaycan-Rusiya münasibətlərinin geniş hüquqi bazası var. İki ölkə arasında münasibətlər bütün istiqamətlərdə - siyasi, ticarət-iqtisadi, hərbi-müdafiə, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişaf edir. Eyni zamanda, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac edilir və hər iki ölkənin xalqları bundan bəhrələnir".
Deputatın sözlərin görə, Azərbaycan ilə Rusiya arasında əlaqələrin perspektivi daha böyükdür: “Hesab edirəm ki, iki ölkə arasında əməkdaşlıq potensialı daha genişdir. Cənab Prezident İlham Əliyev öz çıxışlarında bunu qeyd edib. Hesab edirəm ki, Azərbaycan və Rusiya dövlət başçılarının qarşılıqlı səfərləri, iki ölkə arasında keçirilən biznes forumlar və digər tədbirlər əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ticarət dövriyyəsinin və investisiya qoyuluşlarının artmasına şərait yaradacaq".
A.Hüseynov əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında və strateji səviyyəyə çatmasında dövlət başçıları arasında olan səmimi münasibətlər mühüm rol oynayıb: “Azərbaycan və Rusiya prezidentləri arasında sıx, qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur. Prezident İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən də bu məsələyə toxundu. Bildirdi ki, "Rusiya Prezidenti ilə məni yaxın, etimada əsaslanan münasibətlər bağlayır. Bu, çox vacibdir. Biz dəqiq başa düşürük ki, sıx qarşılıqlı fəaliyyətimiz, strateji tərəfdaşlığımız bizim üçün, xalqlarımız üçün vacibdir. Bundan əlavə, şəxsi münasibətlər də var. Məhz bu qarşılıqlı etimad səviyyəsi çoxillik, səmimi və həqiqi əməkdaşlıq sayəsində qazanılıb. Bu etimad səviyyəsi bizim hər hansı məsələləri müzakirə etməyimizə və onları həll etməyimizə imkan verir. Mən də Rusiya Prezidentinə böyük hörmət bəsləyirəm".
Məhz bu qarşılıqlı etimada əsaslanan münasibətlər nəticəsində iki ölkə arasında əməkdaşlıq yüksək templərlə inkişaf edir. Bu gün iki ölkə prezidentlərinin birgə səyləri ilə Azərbaycan və Rusiya mehriban qonşulara və strateji tərəfdaş ölkələrə çevriliblər”.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
11.12.2019
Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına vəsait ayrılıb
11.12.2019
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
11.12.2019
AFB Bank-dan FHN əməkdaşları üçün xüsusi kampaniya
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info