AQTA sədri qurumun iki regional bölmə rəisini vəzifədən azad etdi
Tarix: 16.11.2019 | Saat: 12:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin olunması, yaranan neqativ hallarla mübarizə istiqamətində tədbirləri davam etdirir. Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aşağıda adları qeyd olunan qurum əməkdaşları səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiklərinə görə Agentlik sədrinin müvafiq əmri ilə tutduqları vəzifələrdən azad ediliblər:
Gəncə regional bölməsinin rəisi Abdullazadə Hüseyn Abdulla oğlu
Gəncə regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Əzizov Kamran Kamal oğlu
Lənkəran regional bölməsinin rəisi Bağırov Əlimuxtar Balağa oğlu
Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi İsmayılov Habil Əli oğlu
AQTA bəyan edir ki, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərə kölgə salan və qurumun sağlam iş prinsiplərinə zidd hərəkətlərə yol verən əməkdaşların haqqında bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.
AQTA dəyərli iş adamlarına bir daha müraciət edərək bildirir ki, Agentlik əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərlə üzləşdikdə dərhal müvafiq hüquq-mühafizə orqanlarına və ya AQTA-nın 1003 – Çağrı Mərkəzinə məlumat versinlər.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
11.12.2019
Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına vəsait ayrılıb
11.12.2019
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
11.12.2019
AFB Bank-dan FHN əməkdaşları üçün xüsusi kampaniya
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info