Bill Qeyts yenidən milyarderlər reytinqinə başçılıq edir
Tarix: 16.11.2019 | Saat: 12:11:00 | E-mail | Çapa göndər



“Microsoft” kompaniyasının qurucusu Bill Qeyts “Amazon” online-reteylerinin rəhbəri Ceff Bezosu qabaqlayaraq ikiillik fasilədən sonra yenidən “Bloomberg Billionaires Index” milyarderlər reytinqinə başçılıq edir.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, Bill Qeytsin reytinqdə ilk yerə çıxmasına “Microsoft” və Pentaqon arasında imzalanan və hərbi qurumun məlumatlarının saxlanılması üçün “bulud” infrastrukturunun qurulmasını nəzərdə tutan 10 milyard dollarlıq müqavilə səbəb olub. “Microsoft” aksiyalarının bahalaşması Bill Qeytsin varidatının artaraq 110 milyard dollara çatması ilə nəticələnib.
Qeyd edək ki, bundan öncə Pentaqonla müqavilənin bağlanması üçün əsas namizəd 109 milyard dollarla ikinci pilləyə enən Ceff Bezosun “Amazon” kompaniyası olub. Dünyanın ən varlı insanları reytinqində üçüncü pillədə aktivləri 103 milyard dollar həcmində qiymətləndirilən Fransanın “Louis Vuitton Moët Hennessy” kompaniyasının prezidenti Benua Arno qərarlaşıb.
Qeyd edək ki, “Bloomberg Billionaires Index” milyarderlər siyahısı “Bloomberg” agentliyinin hər il yenilənən reytinqidir. O, bir sıra göstəricilərə görə, əsasən də biznesmenlərin sahib olduqları aktivlərin bazar dəyərinə görə varidatlarını qiymətləndirir.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Azərbaycanda qadınlar kişilərdən çox yaşayır
11.12.2019
Jurnalistin sualından qaçan Baş nazir soyuducuda gizləndi
11.12.2019
Elektrik enerjisi ilə işləyən təyyarə sınaq uçuşu etdi
11.12.2019
Qocalmanın qarşısını alan püstə
10.12.2019
Nyu-Yorkda olan ilk türk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info