Arif Hacılı özünü vә ortaqlarını müdafiә etmәk üçün artıq aksiomaları da tәkzib edir
Tarix: 16.11.2019 | Saat: 12:16:00 | E-mail | Çapa göndər


Arif Hacılı özünü vә ortaqlarını müdafiә etmәk üçün artıq aksiomaları da tәkzib etmәyә çalışır.
Trend-in məlumatına görə, bunu Avropada yaşayan keçmiş Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın Müsavat partiyası üzvlərinin "mühacir alveri"nə görə saxlanmasına partiya sədri Arif Hacılının reaksiyası barədə danışarkən deyib.
Jurnalist bildirib: "Sәnәddә açıq göstәrilir ki, "İlham Hәsәn 7 paket (әdәd yox!) içәrisindәki mәlumatlar saxtalaşdırılmış sәnәdi Mehdi Xәlilbәyliyә ötürüb. O da bu sәnәdlәrlә Azәrbaycandan qanunsuz yolla gәtirdiyi miqrantlara Almaniyada siyasi mühacir statusu almağa cәhd edib. Bank hesablarının yoxlanılması vә digәr әmәliyyatlardan sonra mәlum olub ki, onlar 2015-ci ildәn bәri bu yolla әn az 300 min (!) avro pul әldә ediblәr".
İlham Hәsәn Müsavat AKM-in sәdridir, bu qurumun möhürü dә onun әlindәdir. Hamıya da mәlumdur ki, Müsavat AKM siyasi mühacirlәrә arayışlar verir. Әn azı 200 belә arayışla bağlı mәndә dә sübut var. Bu arayışların әksәriyyәtinin içәrisindәki mәlumatlar da saxtalaşdırılıb (sәnәddә qeyd olunduğu kimi).
Әgәr sәnәddә qeyd olunan 7 paket arayış Müsavat AKM-ә aid deyilsә, kimә aiddir? Bәlkә İlham Hәsәnin әlindә başqa möhürlәr dә var, bizim xәbәrimiz yoxdu? Bәlkә bu arayışlar elә Arif Hacılının imzasıyla verilib? Әgәr belәdirsә, desinlәr bilәk, heç kim dә Müsavat AKM adı hallandırmasın.
300 mim avro yeyintini gizlәtmәk üçün hәr absurda әl atmaq normaldı. Boğulanın saman çöpündәn yapışması kimi".
Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.
Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
11.12.2019
Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına vəsait ayrılıb
11.12.2019
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
11.12.2019
AFB Bank-dan FHN əməkdaşları üçün xüsusi kampaniya
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info