Bu günlərdə erməni parlament saatlarının birində ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan gələn il ölkədə 699 adda məhsulun qiymətinin artacağı barədə məlumat verib.
Nazir bu artımı Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistan üçün güzəştli gömrük rejiminin başa çatması ilə əlaqələndirib.
Maraqlıdır ki, nazir ölkədəki qiymət artımının Ermənistan vətəndaşlarına elə də mənfi təsir göstərməyəcəyini, 2020-ci il dövlət büdcəsi layihəsində bütün bunların nəzərə alındığını bildirsə də, erməni saytları bunu hökümət nümayəndəsinin növbəti yalanlarından biri kimi dəyərləndiriblər.
Məsələn ermənilərin “Qolos Armenii” saytı yazrr: “Tiqran Xaçatryanın göstərilən mənfi dəyişiklikləri çətin ki, hiss edəcəyimizə inamı, açıqca bizə qəribə görünür. Əlbəttə, indidən belə nikbin proqnozlar səsləndirmək eyni zamanda gülünc də görünə bilər”.
Qeyd edək ki, sayt Avrasiya İqtisadi Birliyinin Ermənistan üçün tətbiq etdiyi güzəştli gömrük rejiminin sona çatmasını ölkənin gələcəyi üçün “ölüm ya qalım” dilemması hesab edir.
Ağasəf
|