Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyevaya ailəsi ilə birgə vaxt tapıb konsertimə gəldikləri üçün təşəkkürümü bildirirəm
Tarix: 16.11.2019 | Saat: 14:11:00 | E-mail | Çapa göndər




Noyabrın 15-də Heydər Əliyev Mərkəzində rusiyalı yumorist, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər.
Maksim Qalkin öz izləyiciləri ilə yaradıcılıq gecəsinin sonunda səhnədən çəkilən video paylaşıb. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva onunla görüşüblər.
Artist konsert barədə öz təəssüratlarını yazıb: “İnanılmaz səmimi qəbula görə çox sağ ol, Bakı! Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ailəsi ilə birgə vaxt tapıb konsertimə gəldikləri üçün təşəkkürümü bildirirəm. Artıq iyirmi ildir ki, mən Bakıda solo konsertlərlə iştirak edirəm və həmişə gözəl azərbaycanlı tamaşaçılardan zövq alıram. Qarşıda isə Kreml konserti var!”
Qeyd edək ki, ötən gün Maksim Qalkin tamaşaçılar qarşısında "stand up" şousu ilə çıxış edib. O, Rusiya və Avropanın məşhur sənətkarlarının, o cümlədən Anna German, Lyudmila Zıkina, Lev Leşşenko, Vladimir Vinokur, Dima Bilan, Valeri Leontyev, Filipp Kirkorov, Valeri Meladze, Toto Kutunyo, Co Dassen və başqa tanınmış ifaçıların mahnılarına parodiyalar təqdim edib.
Gecənin maraqlı məqamlarından biri isə Maksim Qalkinin dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin repertuarından “Mavi əbədilik” mahnısını ifa etməsi oldu. Dünya şöhrətli sənətkar Alla Puqaçovanın repertuarından “Arlekino” mahnısını oxumasını da tamaşaçılar alqışlarla qarşıladılar.
Maksim Qalkinin təqdim etdiyi proqramlar özündə parodiya, mahnı, yumor, məşhur televiziya şoularından konsert nömrələrini birləşdirir. O, auditoriyanı hiss edir və tamaşaçıları ilə şou boyu ünsiyyət qurur. Bu axşam da istisna olmadı.
İki saat davam edən gecədə tamaşaçı gülüşünün, sevinc əhval-ruhiyyəsinin ardı-arası kəsilmirdi. Yaradıcılıq axşamı hər kəsə xoş əhval-ruhiyyə bəxş etdi.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Heydər Əliyevin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır
11.12.2019
Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb
11.12.2019
‘‘Ahıska türklәrini dәstәklәmәyә davam edәcәyik’’
11.12.2019
“YAP-ın namizədlər siyahısında yeni və əvvəlki tərkibində olan simalar olacaq”
10.12.2019
Müxalifətin Oqtay Gülalıyevin müalicəsi barədə siyasi alver etməsi əxlaqsızlıqdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info