“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib
Tarix: 16.11.2019 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” Bakı Ekspo Mərkəzində təşkil edillən 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019” sərgisində iştirak edib. Milli brendlərin yaradılması və üzərində “Made in Azerbaijan” yazılmış yerli məhsulların xarici bazarlara çıxarılmasını qarşısında dayanan prioritet məsələ hesab edən Şirkət ölkəmizdə ətraf mühitin qorunması istiqamətində də böyük layihələr reallaşdırır. “Azərsun Holdinq” tərəfindən istismara verilmiş Azerbaycan Kağız ve Karton İstehsalı Kombinatının nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikində 1 ton kağızın təkrar emalı nəticəsində:
- 17 ədəd şam ağacının kəsilməsi;
- 36 ton CO2 qazının atmosferə atılması;
- 4100 kilovat elektrik enerjisinin sərf olunması;
- 267 kq çirkli qazın atmosferə buraxılması;
- 1750 litr yanacaq neftinin sərf olunması;
- 3-4 m2 anbarlama sahəsindən istifadə;
- 85 m2 meşə ərazisinin məhv edilməsi;
- 38,8 ton suyun sərf olunmasının qarşısı alınır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiiyi uzunmüddətli iqtisadi inkişaf strategiyasına və “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq Bakı ilə bərabər ölkəmizin bölgələrində də tullantı kağızın toplanılma nöqtələri yardılıb ki, bununla da bölgələrdə yaşayan insanların sosial-rifah halının yüksəlməsinə töhfə verilir.
Sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan stenddə qeyd edilən müəssisədə təkrar emal edilən plastik və kağız tullantılardan hazırlanan məhsullar da nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
10.12.2019
Bəzi regionlarda elektrik enerjisinin verilməsində fasilələr yaranacaq
10.12.2019
Gələn ildən gənclərin startap layihələri maliyyələşdiriləcək
10.12.2019
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10.12.2019
Rövnəq Abdullayev: Azərbaycanda hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı mövcuddur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
5 Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info