Odessada Azərbaycan icması ilə görüş keçirilib
Tarix: 16.11.2019 | Saat: 18:59:00 | E-mail | Çapa göndər



Ukraynaya səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin üzvləri Odessa şəhərindəki Azərbaycan icmasının nümayəndələri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli ölkəmizin diaspor siyasətindən, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil fəaliyyət göstərmələri istiqamətində atılan addımlardan söz açıb. Dövlət Komitəsinin irimiqyaslı layihələri, Diaspor TV, Diaspor FM, Diaspor Gənclərinin Yay düşərgələri, Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verib.
Xarici ölkələrdə yaşayan soydaşlarımızın yüksək təhsil almasının vacibliyi, “Qarabağ” həftəsonu məktəblərinin açıldığı, Komitənin təşəbbüsü ilə “Azərbaycan dili” kitabının hazırlandığı, diaspor xəritəsi vasitəsilə azərbaycanlıların biri-biri ilə ünsiyyət qura bilmələrinin mümkünlüyü, həmçinin “Vətən uzaqda deyil” proqramının mahiyyəti və missiyası icma üzvlərinin diqqətinə çatdırılıb.
Vurğulanıb ki, Dövlət Komitəsi sədrinin xaricə səfərlərinin əhatə dairəsinin genişlənməsi, Azərbaycan diasporu ilə görüşlərin intensivləşməsi, diasporun fəaliyyətində keyfiyyətin yüksəlməsi, soydaşlarımızın birliyinin formalaşması və möhkəmləndirilməsi yolunda mühüm addımların atılması, Koordinasiya şuralarının yaradılması ölkəmizdən kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasında xüsusi rol oynayıb.
Çıxışlarda Ukraynadakı diasporumuzun fəaliyyəti yüksək qiymətləndirilib, burada çoxlu sayda azərbaycanlının yaşadığı, onların təşkilatlanması istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.
İcma nümayəndələri Dövlət Komitəsinin diasporla bağlı gördüyü işləri, nümayəndə heyətinin Odessaya gəlməsini və ilk dəfə azərbaycanlı icmanın üzvləri ilə görüş keçirilməsini müsbət dəyərləndiriblər.
Görüş zamanı soydaşlarımızın təklifləri və problemləri dinlənilib, onların həlli ilə bağlı addımların atılacağı nəzərə çatdırılıb.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
VI Ankara Tibb Forumunda Azərbaycan səhiyyəsindəki yeniliklərdən bəhs olunub
10.12.2019
Azərbaycanla Özbəkistan arasında əczaçılıq sahəsində əməkdaşlıq Memorandumu imzalanıb
10.12.2019
“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb
10.12.2019
Ombudsman Aparatı: İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ diqqət mərkəzindədir
10.12.2019
Bakıda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
5 Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info