İnternetdə yalan danışanlara həbs cəzası
Tarix: 10.09.2013 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Çində internetdə həqiqətəuyğun olmayan şayiə və məlumatların yayılması üçün azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan qanun qüvvəyə minib.
Yeni qanun vətəndaşlar tərəfindən səsləndirilən böhtanın internet şəbəkəsində geniş yayılması halında onları məsuliyyətə cəlb etməyə imkan verir. Belə ki, 500-dən çox şərh toplayan yalan məlumat müəllifi 3 ilədək azadlıqdan məhrum ola bilər. Həbs müddəti 5 mindən artıq baxış sayı olan məlumatların müəllifləri üçün də nəzərdə tutulub.
Çin hökumətinin nümayəndələri yeni qanun yaranmasını cəmiyyətin internetdə yayılan məsuliyyətsiz şayiələrə reaksiyası kimi izah ediblər. Rəsmilərin bildirdiyinə görə, bu cür məlumat alan şəxslər mənəvi əzab çəkirlər.
Çin hökumətinin internetdə şayiələrin yayılması ilə mübarizəsi hakimiyyətə prezident Si Tsinpin gəldikdən bir neçə ay sonra başlayıb. Son həftə ərzində internetdə yalan məlumatın yayılmasına görə bir neçə yüz insan sorğu-sual edilib ki, onların da bir hissəsi nəticədə nəzarət altına alınıb.
Ən böyük hadisələrdən biri Uxan şəhərində 27 nəfərin həbs edilməsi olub. Onların həbs olunması ilə əlaqədar şəhər polisi tərəfindən internetdə şayiələrin yayılması ilə məşğul olan cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması elan olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Sensasion araşdırma: Ölülər məzarda hərəkət edir və… - VİDEO
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info