Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa...
Tarix: 17.11.2019 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Saqqız həqiqətən ağız boşluğunu bakteriyalardan təmizləməyə kömək edir.
Saglamolun.az bildirir ki, Hollandiya alimləri saqqızın ağız boşluğunda yaşayan bakteriayalara təsirini araşdırmaq üçün xüsusi eksperiment aparıblar.
Eksperiment zamanı mütəxəssislər aşkar ediblər ki, ilk 1 dəqiqə ərzində saqqız ağız boşluğunu milyonlarla bakteriayadan təmizləyir və bunu hətta diş fırçasından da yaxşı edir.
Lakin 1 dəqiqədən sonra saqqızı atmaq lazımdır ki, bu müddətdən sonra saqqıza yapışmış bakteriyalar yenidən ağız boşluğuna qayıdır.
Uzun müddət və xüsusilə acqarına saqqız çeynəmək mədə-bağırsaq sistemi xəstəliklərinin inkişafının riskini xeyli artırır. Çeynəmə prosesi başlayanda həzm sistemində müəyyən proseslər başlayır - mədə şirəsi, fermentlər və s. ifraz olunur. Əgər həzm sisteminə heç nə daxil olmazsa, şirə və turşular həzm orqanlarına mənfi təsir etməyə başlayır.
Bu səbəbdən tez-tez və uzun müddət ərzində saqqız çeynəyən insanlar köp, qarın ağrıları və sancıları, gəyirmə və s. kimi pozulmalardan əziyyət çəkir.
Saqqız çeynəyən insanın tüpürcək vəziləri yükləmə ilə işləyir. Nəticədə onlarda tükənmə inkişaf etməyə başlayır ki, tüpürcək daha az ifraz olunur. Bu isə həm selikli qişaların qurumasına, həm həzm proseslərinin pozulmasına, həm də diş və ağız boşluğu problemlərinə səbəb olur.
Saqqızın növbəti zərərini sizə təqdim edək. Çeynəmə əzələlərinin daim stimullaşdırılması nəticəsində çənə böyüyür və "kvadrat" formasını alır. Bu xüsusilə uşaqlara aiddir ki, onların orqanizmi sürətlə böyüyür və dəyişilir.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Nyu-Yorkda olan ilk türk
10.12.2019
İnsanın qocalması bir neçə mərhələdə baş verir
10.12.2019
İnsanın yaddaşı dola bilərmi?
09.12.2019
İsveçdə plastikin təkrar istifadəsi texnologiyası hazırlanıb
08.12.2019
Kişilərin azlıq təşkil etdiyi ölkələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
5 Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info