“Ərdoğan bunu ABŞ-da da açıq söylədi: bu yolda geriyə addım yoxdur“
Tarix: 17.11.2019 | Saat: 14:16:00 | E-mail | Çapa göndər



Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın S-400-lərlə əlaqədar Amerika Birləşmiş Ştatları ilə ortaq bir işin başlandığını açıqladı.

“TRT Haber”in 15 noyabr canlı proqramında gündəmdəki prosesləri dəyərləndirən İ.Kalın mövzu ilə bağlı deyib:
“S-400 və F-35 mövzularının həllilə bağlı proses başlanılıb. ABŞ Milli Təhlükəsizlik İdarəsinin müşaviri Robert O`Brayn və mənə tapşırılan bu işin üzərində hal-hazırda ciddi çalışırıq.
Proses NATO-nun koordinatorluğu ilə deyil, ikitərəfli səviyyədə gedəcək. Çünki S-400 müdafiə sistemi NATO-nun müdafiə sisteminə inteqrasiya edilmədən müstəqil istifadə olunacaq.
Türkiyə ABŞ-dan “Patriot” sistemini də almaq istəyir. Bu iki sistem bir-birinə təhdid meydana gətirmədən istifadə edilə biləcək.
“İşlərin sonunda müəyyən bir nəticəyə varılmazsa, Türkiyə S-400-ü aktivləşdirəcək, ya yox”, bu məsələ isə hələ mövzumuz deyil. Ölkə başçımız Ərdoğan ABŞ-da da açıq şəkildə dedi ki, “Rusiya ilə müqavilələr bağlandı, müəyyən razılıqlar əldə olundu: S-400-dən geriyə addım yoxdur”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika səfərini də qiymətləndirən İbrahim Kalın bunları söyləyib:
“Bizim prizmamızdan ABŞ görüşləri uğurlu keçdi. Türkiyə, həmişəki kimi, hədəf maddələrini açıq və dəqiq şəkildə ifadə etdi. Amerika tərəfi isə Türkiyənin terrorla mücadiləsilə bağlı “bizim planlarımızı pozdunuz” kimi cümlələri dilə gətirdi.
2020-ci ilin yanvar ayının ilk yarısında isə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri və həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir”.




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
23.11.2020
Kәrkükdә kütlәvi mәzarlıq aşkar edilib
23.11.2020
Tunisin paytaxtında avtobus qəzası: 50-yə yaxın yaralı var
23.11.2020
Dünyada koronavirusa yoluxanların sayı 604 mindən çox artıb
22.11.2020
Dünyada koronavirusa yoluxanların sayı 58 milyon nəfəri ötüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info