Müsavatın “mühacir alveri“ ilə bağlı yeni fakt
Tarix: 18.11.2019 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


“Mühacir biznesi” qalmaqalı müxalifətin imicinə ciddi zərbə vurmaqda davam edir. Bu işdə adı hallanan Müsavat partiyası isə ən çox tənqid olunan siyasi təşkilatdır. Hətta iş o yerə çatıb ki, müsavatçılar belə, öz partiyalarını qınayırlar. Bununla bağlı sosial şəbəkələrdə onlarla status da paylaşılır. Məsələn, Avropada yaşayan Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkədə yazıb:
“Rәşad Mәmmәdov Almaniyada Müsavat üzvlәrindәn ibarәt "mühacir alveri" bandasının üzә çıxmasında çox böyük vә önәmli rol oynayıb. Bu haqda Koblenç mәhkәmәsi hәbs vә axtarışlarla bağlı sanksiya qәrarında göstәrir”. O bildirb: "Xüsusilә Mәmmәdov dolğun vә inandırıcı, öz әksini tapan mәlumatlar vermişdi. Özünün dә ziyan görәcәyini nәzәrә alaraq. Qardaşı Arif Hacılı (Müsavat Partiyasının sədri - red) ilә birlikdә boğaza qәdәr "mühacir alveri"nә bulaşan, bu çirkin işlә qidalanan Mustafa Hacıbәyli vә әtrafının indi Rәşad Mәmmәdovun üzәrinә getmәsi normaldır. Axı bunların çirkin işlәrinin üstünün açılmasında böyük rol oynayıb Rәşad".
Jurnalist Koblenç mәhkәmәsinin hәbs vә axtarışlarla bağlı sanksiya qәrarının Rəşad Məmmədovla bağlı olan hissəsini işarələyərək paylaşıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat partiyasının üzvü Elşən Abdullayevdir.
Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Müxalif düşərgədə növbəti qalmaqal: Gültəkin Hacıbəyli müsavatçıları “zombi” adlandırdı
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
05.12.2019
Serj Sarkisyana kim xəyanət etdi?
04.12.2019
Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
03.12.2019
Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
5 Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info