“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı çapdan çıxıb
Tarix: 18.11.2019 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı nəşr edilib. Özbəkistan və Azərbaycanın görkəmli sənətkarı Maqsud Şeyxzadənin 110 illiyinə həsr olunmuş kitab Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə çap olunub. Bu barədə Ədəbiyyat İnstitutundan məlumat verilib.
Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. “İki xalqın görkəmli sənətkarı” sərlövhəli “Ön söz”də Maqsud Şeyxzadənin həyatı və fəaliyyəti işıqlandırılıb.
Kitabı nəşrə hazırlayan və redaktoru filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətovadır. Topluya özbəkistanlı alimlər akademik Naim Kərimov, filologiya üzrə fəlsəfə doktoru Gulnoz Sattarova və azərbaycanlı alim - filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəyli rəy verib. Nəşrin məsul katibi AMEA-nın Tarix İnstitutunun elmi işçisi Gülşən Kəngərlinskayadır.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabda Maqsud Şeyxzadənin 110 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları və haqqında müxtəlif illərdə yazılmış elmi məruzələr və məqalələr toplanıb. Məqalələr Azərbaycan, özbək və rus dillərindədir. Bununla yanaşı, kitabda 64 foto da yer alıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib
06.12.2019
Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşılayıblar
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək
05.12.2019
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info