Ankarada Xocalı soyqırımına aid abidə kompleksi tikiləcək
Tarix: 18.11.2019 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TMCD) təşkilatçılığı ilə Ankarada Xocalı soyqırımı ilə bağlı mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə diplomatlar, sabiq millət vəkilləri, görkəmli alimlər, Ankaradakı soydaşlarımız, QHT və KİV nümayəndələri iştirak ediblər.
Ankarada Xocalı qurbanlarının xatirəsini əbədiləşdirəcək daha bir parkın və abidə kompleksinin layihəsinin, “Tarix, siyasət və beynəlxalq hüquqda Xocalı soyqırımı” əsərinin, eləcə də türk, rus və ingilis dillərində fəaliyyət göstərən www.ho”calisoykirimi.org” internet saytının təqdimatına həsr olunan tədbirin təşkilinə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) və Müəllif Hüquqları Baş İdarəsi tərəfindən dəstək verilib.
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub. Filmdə Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ümummilli lider Heydər Əliyevin çıxışları, bu bəşəri cinayətin canlı şahidi olan soydaşlarımızın müsahibələri, erməni vandalların Xocalıda törətdikləri vəhşiliklər, habelə Xocalı soyqırımı ilə bağlı izdihamlı yürüşlər və digər tarixi məqamlar yer alıb.
Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba çıxışında tədbirin, eləcə də təqdim olunan işlərin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, bu layihələrin hər biri Xocalı soyqırımının gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması üçün özünəməxsus gücə malikdir. Xocalı soyqırımının bəşəri faciə olmasının dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün Azərbaycan və Türkiyə bundan sonra da birgə layihələri davam etdirməlidir.
Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elçin Allahverdiyev, Yıldırım Bəyazid Universitetinin təsisçisi, professor Mətin Doğan, YBU-nin rektoru, professor İbrahim Aydınlı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Haluk İpək və başqaları çıxışlarında təqdim olunun layihələrin Xocalı soyqırımının əsl mahiyyətinin gələcək nəsillərə olduğu kimi çatdırılmasında əhəmiyyətini yüksək dəyərləndiriblər.
Çıxışlardan sonra “Tarix, siyasət və beynəlxalq hüquqda Xocalı soyqırımı” adlı kitab barədə ümumi məlumat verilib. Qeyd olunub ki, bu kitab ötən il Xocalı soyqırımı ilə bağlı Ankarada keçirilən beynəlxalq simpoziumun materialları əsasında hazırlanıb. Türkiyənin Müəllif Hüquqları Baş İdarəsinin dəstəyi ilə çap edilən kitabdakı məqalələr türk, ingilis və rus dillərində oxuculara çatdırılır.
Sonra türk, rus, ingilis dillərində fəaliyyət göstərəcək “www.hocalisoykirimi.org” internet saytının işləmə prinsipi, ayrı-ayrı bölmələrində yerləşdirilən informasiyalar və s. məqamlar barədə iştirakçılara müfəssəl məlumat verilib.
Sonda Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) arasında imzalanan anlaşmaya əsasən YBU ərazisində salınan Xocalı soyqırımı parkının və abidə kompleksinin memarlıq layihəsinə dair filmsurət nümayiş olunub.
Xocalı soyqırımı parkının və abidə kompleksinin eskizləri barədə məlumat verən layihənin memarı Nurgül Gürsoy diqqətə çatdırıb ki, 1,5 hektar ərazidə Xocalı şəhidlərinin sayına uyğun olaraq 613 ağac əkiləcək. Parkda sonsuzluq işarəsi formasında yaradılacaq abidə Azərbaycan-Türkiyə qardaşlığını, Türkiyənin bütün məsələlərdə olduğu kimi, Xocalı soyqırımı məsələsində də sonadək Azərbaycanla həmrəy olduğunu simvolizə edir. İlk ağacları bu ilin fevralında Xocalı soyqırımının ildönümündə əkilən parkın və abidə kompleksinin tikintisinin 2021-ci ildə başa çatdırılması planlaşdırılır. Esenboğa Hava Limanının yaxınlığında yaradılan kompleks enmə və qalxma zamanı təyyarələrdən aydın görünəcək.

“Dağlıq Qarabağın statusunun müəyyən olunmasının uzun illər boyu təxirə salınmasında əsas rol Ermənistana məxsusdur”
Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu “Azadinform”a bildirib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yerevanda olarkən Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı bəzi bəyanatları əksər siyasətçilər tərəfindən düzgün başa düşülmədi: “Lavrov Yerevana gələnədək Dağlıq Qarabağın statusunun müəyyən olunmasını az qala zəmanənin ən qəliz, mürəkkəb məsələsi adlandırdı. Yerevanda keçirdiyi mətbuat konfransında suallara verdiyi cavabdan onun Dağlıq Qarabağın statusunun müəyyən olunmasının daha da çətinə salınması istiqamətində fəaliyyət göstərməsi bəlli oldu”.
O qeyd edib ki, Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın ortalığa qoyduğu bütün variantlar həmişə mərhələli həll variantına söykənib: “Azərbaycan da mərhələli həll variantının əleyhinə deyil. İndi mərhələli həll variantının ikinci mərhələsini, yəni statusun müəyyən olunmasını qəlizləşdirib daha uzun müddətə dondurulmuş vəziyyətdə saxlamaq istəyirlər. Lavrova görə Dağlıq Qarabağın statusunun müəyyən olunmasının uzun illər boyu təxirə salınmasında əsas rol Ermənistana məxsusdur. Ermənistan statusun müəyyən olunmasına imza atmasa, sənəd də qəbul edilməyəcək. Lavrov Rusiyanın uzun müddət Ermənistanı idarə edə biləcəyinə arxayındır. Hətta Lavrovun nəzərdə tutduğu bu uzun müddət içərisində Ermənistanın özünün Rusiyanın tərkibinə daxil olması ehtimali daha böyükdür. Lavrovun Dağlıq Qarabağın statusunun müəyyən olunmasının yubadılmasında ermənilərdə arxayınçılıq yaratmaqda əsas məqsədi birinci mərhələnin sürətli həllinə nail olmaqdır. Birinci mərhələyə görə, Ermənistanla Azərbaycan arasında kommunikasiyalar açılır, məcburi köçkünlər öz doğma yurdlarına qayıdır. Kommunikasiyaların açılması RF üçün indiki halda ən həlledici məqamdır. Mehri dəmir yolunun açılması Rusiyanın cari və strateji siyasəti üçün imperativə çevrilib. Yaxın Şərq regionunda yeni tipli aktiv proseslər başlayıb və bu zaman İran və Türkiyənin sərhədləri boyunca Rusiyanın zirehli qatarlarının hərəkət imkanı ən zəruri məsələyə çevrilir. Ermənistan dövlət olaraq, ermənilər xalq olaraq sıradan çıxacaq, amma Rusiya Mehri dəmir yolunu açacaq. Başqa variantı ola bilməz”.
Politoloq əlavə edib ki, Mehri dəmir yolunun açılmasına Azərbaycan sevinməsə də, maneçilik də etməyəcək. Hazırda da ortalıqda regional təhlükəsizlik arxitekturası ilə bağlı yeni bir şey yoxdur. İran və ya digər dövlətlər yeni bir arxitektura təklif edəcəksə, buna inamın yaranması üçün illər lazımdır. Buna görə Azərbaycan Mehri dəmir yolunun fəaliyyətə başlamasında maraqlıdır və söhbət təkcə Azərbaycanın Ermənistana gedən yükləri nəzarət altında saxlamasından, Azərbaycanın iqtisadi baxımdan pul qazanmasından getmir. Həm də Azərbaycan üçün təhlükəsizlik məsələsidir”.
M. Əhmədoğlunun fikirlərinə görə, S.Lavrov statusun müəyyən olunmasında erməniləri arxayın salır ki, Dağlıq Qarabağ tənzimlənməsinin birinci mərhələsi başlasın: “Başqa sözlə, ermənilər əmin olsun ki, Dağlıq Qarabağın taleyi həll olunmur. Amma 7 rayon Azərbaycana qaytarılır və məcburi köçkünlər bu rayonlarda yaşayır. Erməni psixologiyasının buradan hansı nəticəni çıxaracağı bəlli məsələdir. Mehri dəmir yolunun açılmasının Rusiya üçün imperativ olmasını da erməni psixologiyası çox əla qavrayır. Ona görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənilərin yaxında yeni geri çəkilmələri şəksizdir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Erməni işğalı BMT-də ifşa edilib
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
02.12.2019
Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”
28.11.2019
“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
5 Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info