“UNEC-də 1 gün” layihəsinə yenidən start verildi
Tarix: 19.11.2019 | Saat: 13:27:00 | E-mail | Çapa göndər


“UNEC-də 1 gün” layihəsi abituriyentlərə dəstək olmağa davam edir. Yeni tədris ilinin ilk iştirakçıları Ceyranbatan qəsəbəsinin 1 saylı tam orta məktəbin X-XI sinif şagirdləri olub. Şagirdlərə bir günlük tələbə biletləri təqdim edildikdən sonra onlar istəklərinə uyğun olaraq “marketinq”, Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) isə “İngilis dili” dərsini dinləyiblər. Dərslərdən xoş təəssüratlarla ayrılan bir günlük tələbələr UNEC-də infoturda olublar. II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. UNEC-in xüsusi təqaüd, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom və mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən bəhs olunub. Abituriyentlər UNEC-in 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, yeməkxana və akt zalları ilə tanış olublar. “UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43, 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Anar




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11.12.2019
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11.12.2019
5 ümumtəhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb
11.12.2019
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
10.12.2019
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info