Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq
Tarix: 19.11.2019 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Noyabr ayının 27-də saat 14:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Atilla Məmmədovun "Ey Vətən!" adlı solo konserti keçiriləcək.
Konsertdə o, "Azərbaycan" (M.Maqomayev), "Sevgili canan" (Ü.Hacıbəyli), "Ana" (S.Əliyeva), "Dichitenchello Vuie" (R.Falvo), "O Sole mio" (E.Di Kapua), "I will survive" (G.Gaynor), "Quizas, Quizas, Quizas" (Osvaldo Faresa), "Hava nagila" (Yəhudi xalq mahnısı), "Litalyano Pero" (Toto Kutunyo) və "Ey Vətən" (Elza İbrahimova) mahnılarını ifa edəcək.
Qeyd edək ki, Akademik Musiqili Teatrın kiçik yaşlı aktyoru Atilla Məmmədov vokal ifaçılığına hələ 6 yaşında ikən başlayıb. 2015-ci ildə Azərbaycanı Türkiyədə "O səs Türkiyə" yarışmasında təmsil edərək finalçı olan bu istedadlı oğlan 2017-ci ildə həm İtalyada "Testene Art" və həm də Gürcüstanda "Harmony World" beynəlxalq müsabiqələrdə 1-ci yerlərə sahib olub. 2017-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə onun adı Gənc istedadların “Qızıl kitabı"na yazılıb və Prezident təqaüdünə layiq görülüb.
2017-ci ildən Akademik Musiqili Teatrda fəaliyyətini uğurla davam etdirən kiçik yaşlı aktyor ötən mövsümdə premyerası olan "Balaca Şahzadə" (A.de Sent Ekzüperi, R.Ağababayev) tamaşasında Balaca Şahzədə obrazını canlandıran iki aktyordan biridir.
Ürəyəyatımlı səs tembri olan Atilla bu il Gürcüstanda keçirilən "Wonderland" adlı beynəlxalq müsabiqədə ikinci yeri qazanıb.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
11.12.2019
Akademik Musiqili Teatrda “Toya bir gün qalmış“ 40-cı dəfə...
10.12.2019
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
10.12.2019
Heydər Əliyev Fondunun dəstəyi ilə “İncəsənətlə şəfa” rəqs və musiqi qala tədbiri keçirilib
09.12.2019
Moskvada rusiyalı jurnalistin Azərbaycanla bağlı ikinci kitabının təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info