Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
Tarix: 19.11.2019 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


“Babəkin heykəlinin hazırlanmasına başlanılıb”. Bunu APA-ya Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov deyib. Onun sözlərinə görə, heykəlin 8-12 ay müddətinə hazırlanması nəzərdə tutulur: “Artıq lazım olan bürünc material əldə olunub və istehsalat prosesinə başlanılıb. Lakin heykəlin istehsalı heç də asan başa gələn proses deyil, ona görə də müddətin bu qədər uzun olması təbiidir”. Direktor heykəlin hündürlüyü məsələsinə də toxunub. O qeyd edib ki, heykəlin yerdən başına qədər olan hissəsinin hündürlüyü 10, qılıncına qədər olan hissəsinin isə hündürlüyü 12 metr olacaq. “Çox ağır və möhtəşəm abidə olacaq. Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”, - deyə B. Hüseynov vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
11.12.2019
Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına vəsait ayrılıb
11.12.2019
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
11.12.2019
AFB Bank-dan FHN əməkdaşları üçün xüsusi kampaniya
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info