Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
Tarix: 19.11.2019 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə noyabrın 19-da Bakının Qaradağ rayonundakı “Qobu park-2” yaşayış kompleksində məcburi köçkünlər üçün növbəti əmək yarmarkası keçirilib. Dövlət Komitəsindən bildiriblər ki, “Qobu park-2”də təşkil olunan sayca ikinci əmək yarmarkasında məcburi köçkünlərə 54 müəssisədən 644 vakant iş yeri təqdim edilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri onlara iş yerləri haqqında ətraflı məlumat veriblər. Yarmarkada işsiz və işaxtaran məcburi köçkünlərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar. Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.
Qeyd edək ki, “Qobu park”da ilk əmək yarmarkası ötən ilin oktyabrında təşkil olunub.
Məcburi köçkünlərin məşğulluğunun artırılması bu kateqoriyadan olan vətəndaşlarla iş sahəsində aparılan dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramına uyğun olaraq, onların məşğulluq imkanlarının genişləndirilməsi, bu məqsədlə iş yerlərinin yaradılması üzrə tədbirlərin icrası davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqətdə saxlayır, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsinə qayğı göstərir. “Qobu park-2” yaşayış kompleksinin açılışı bu il oktyabrın 8-də olub. Hazırda birinci və ikinci kompleksdə ümumilikdə 11 mindən çox məcburi köçkün yaşayır. Burada əmək qabiliyyətli sakinlər arasındakı işsizlər və işaxtaranlar üçün fəal məşğulluq tədbirinin - əmək yarmarkasının keçirilməsinin mühüm əhəmiyyəti vardır. Belə tədbirlər işsiz və işaxtaran məcburi köçkünlərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi məqsədi daşıyır. Xatırladaq ki, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı son il yarım ərzində dörd əmək yarmarkası keçirilib.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Bakıdakı bayram yarmarkalarında qiymətlər
11.12.2019
Maraqlı statistika: Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur
11.12.2019
Yağ adı altında yediyimiz kimyəvi qatqılar –VİDEO
10.12.2019
Broyler toyuqları ilə bağlı təcili ölçü götürülməlidir
10.12.2019
15 mindən çox şəxsə e-qaydada pensiya təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info