ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Tarix: 20.11.2019 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib. Görüşdə çıxış edənAzərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, bu gün ADAU-nun beynəlxalq əlaqələri kifayətqədər genişlənib. Universitetdə yaradılan şəraitdən, tələbələrin ictimai həyatda aktivliyindən və dil biliklərinin daha yaxşı mənimsənilməsindən söz açan rektor qeyd edib ki, bu gün əcnəbi tələbələrdə də Azərbaycan dilinə maraq yüksək səviyyədədir.
Sonra universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova çıxışında ADAU-da əcnəbi tələbələrə göstərilən diqqət və qayğının yüksək olduğunu bildirib.
Beynəlxalq əlaqələr şöbəsinin müdirsəlahiyyətlərini icra edən Zümrüd Hənifəyeva qeyd edib ki, əcnəbi tələbələrin həm dil biliklərinin yaxşılaşdırılması həmdə mühitə adaptasiyaolmaları üçün mütəmadi kurslar və görüşlər təşkil edilir.
Universitetdə təhsil alanKonqo Demokratik Respublikasından Zeqbali Azeabli Novis,Mopeseka Elizabet Motali, Malaziyadan Muhammed Hazik Reyhan, Somalidən Abdulaziz İbrahim Aden Azərbaycan dilində çıxış edərək öz dil biliklərini nümayiş etdiriblər.
Daha sonra Abdurrahman Karakaş Türkiyə Cumhuriyyətindən gələn və ümumilikdə əcnəbi tələbələr üçün yaradılan şəraitə görə təşəkkür edib.
Qeyd edək ki, bu gün ADAU-da Türkiyə, Rusiya, İran, Malaziya, Konqo, Gürcüstan, Somali, Lesoto kimi dünyanın müxtəlif ölkələrindən ümumilikdə100-ə dəkəcnəbi tələbə təhsil alır.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Ermənilər bu alimlərimizə mane oldular - İsa Həbibbəyli
23.11.2020
AzTU “Improtex Trucks & Busses” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı
20.11.2020
Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib
20.11.2020
ADA Universiteti magistr proqramlarına sənəd qəbulu elan edir
19.11.2020
“Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info