Yupiterin peyki “Europa”nın atmosferində su buxarı kəşf edildi
Tarix: 20.11.2019 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Alimlər Yupiterin peyki “Europa”nın atmosferində su buxarı olduğunu bildirdi.

Amerikanın kosmik agentliyi NASA-nın Goddard Kosmik Uçuş Mərkəzinin alimləri Havay ştatındakı W.M.Keck rəsədxanasının apardığı müşahidələrin nəticələrini "Nature Astronomy" jurnalında dərc ediblər. Spektroskop Kəşf Teleskopu ilə bölüşdülər.
İtalyan astronomu Lucas Paganininin rəhbərlik etdiyi tədqiqat qrupu 2016 və 2017-ci illərdə peykin atmosferində su buxarının izlərinin tapıldığını bildirib.
Tədqiqatçılar “Europa”nın atmosferdə su buxarının saniyədə 2 min 360 litr su çıxara biləcək miqdarda olduğunu söyləyib.
Alimlər su buxarının mövcudluğunun planetdə maye suyun tapıla biləcəyinin bir əlaməti olaraq qiymətləndirirlər.
Su buxarının səthi qalın buz təbəqəsi ilə örtülmüş “Europa”nı qəhvəyi damarlar şəklində çəkən qeyzer çuxurlarından çıxdığı güman edilir.
Su buxarı peykin buzlaq qabığının aşağısında bir səthaltı okeanı ola biləcəyi nəzəriyyəsini dəstəkləyir.
Digər tərəfdən, su buxarının yerüstü buzun bəzi hissələrinin əriməsi və ya Yupiterin güclü radiasiya sahəsinin səthdən qopardığı buz parçalarının yayılması ilə əmələ gəlmiş ola biləcəyi də dəyərləndirilir.
Yupiterin 79 peykindən biri olan “Europa” 1610-cu ildə italyan astronomu Qalileo Qaliley (Galileo Galilei) tərəfindən kəşf edilib.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Axşam yemək yeməyin qadınlar üçün riskləri
07.12.2019
Steyk və burgerlər ömrü qısaldır, xərçəng yaradır
07.12.2019
100 il yaşamaq istəyirsiniz?
07.12.2019
2020-ci ilin proqnozları
07.12.2019
Məşhur türk aşpaz Həbiblə döyüşmək istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info