Uşaq evləri və fiziki qüsurlu uşaqlar üçün qida problemi həll olunacaq
Tarix: 10.09.2013 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, sentyabrın 16-dan Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən uşaq evləri, fiziki qüsurlu uşaqlar üçün fəaliyyət göstərən təhsil müəssisələrində kalori, vitamin, uşaq qidası və uşaqların yaşı üçün bütün xüsusiyyətlər nəzərə alınaraq tərtib olunmuş mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq. Nazir qeyd edib ki, bununla da uşaq evləri və fiziki qüsurlu uşaqlar üçün fəaliyyət göstərən təhsil müəssisələrində qida probleminin birdəfəlik həllinə nail olunacaq. Nazir bildirib ki, növbəti mərhələdə bu təcrübə uğurlu olduğu təqdirdə digər qurumlara onun başqa ərazilərdə də eyni praktikanın tətbiqi təklif ediləcək.
M.Cabbarov əlavə edib ki, orta məktəblərdə təhsil alan şagirdlərin sağlamlığını daha yaxşı təmin etmək üçün də Nazirlər Kabineti tərəfindən şagirdlərin qidalanması ilə bağlı müvafiq qərar qəbul edilib: “Bu qərar məktəbdaxili iaşə obyektlərinin fəaliyyətini tənzimləyir və təhsilin infrastrukturunda müəyyən dəyişikliklərin aparılmasını tələb edir. Təbii ki, bu prosesdə müəyyən çətinliklər də var. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məsləhətləşmələr aparılır. Bu məsələ üzərində ciddi nəzarət həyata keçiriləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info