Elektron xəritə hazırlanır
Tarix: 10.09.2013 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan yüksək, orta və alçaq gərginlikli elektrik şəbəkələrinin bazası əsasında yeni elektron xəritə hazırlanır.
ASC-nin mətbuat xidmətindən bildiriblər ki, elektron xəritədə yarımstansiyalar, transformator məntəqələri (TM), komplekt TM-ləri, kabel və hava xətləri haqqında dəqiq məlumatlar və onların mövcud vəziyyəti öz əksini tapacaq. Hər bir obyektin gücü, yaranma tarixi, istismara yararlılığı, ölçüsü və s. məlumatlar elektron xəritədə qeyd olunacaq. Şəbəkənin mövcud vəziyyəti barədə elektron formada daha əvvəlcədən məlumat əldə edilməsi onlara vaxtaşırı qulluq edilməsi və köhnəlmiş avadanlığın yenisi ilə əvəz olunmasına şərait yaradacaq.
Bütün bu inventarların vahid xəritədə öz əksini tapması yarana biləcək qəzaların qabaqcadan aradan qaldırılması, veriləcək texniki şərtlər zamanı şəbəkənin vəziyyətinin öyrənilməsi, şəbəkənin müasirləşdirilməsi və abonentlərin yüksək keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmalarına xidmət edəcək. Hazırda paytaxtın 6 rayonu elektron xəritəyə qoşulub . Bu ilin sonunadək layihənin başa çatdırılması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info