Naxçıvanlı idmançılar ötən ay Azərbaycan birinciliyində 16 medal qazanıblar
Tarix: 22.11.2019 | Saat: 11:22:00 | E-mail | Çapa göndər



Ötən ay muxtar respublika idmançılarının müxtəlif idman növləri üzrə keçirilən Azərbaycan çempionatlarında, beynəlxalq turnirlərdə iştirakı təmin olunub, idmançılarımız yüksək nəticələr əldə edərək Azərbaycan birinciliyində 16 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən oktyabr ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşünün formalaşdırılması və vətənpərvərlik hisslərinin aşılanması, idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülüb.
Ötən ay Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun Babək, Culfa və Ordubad rayon birincilikləri, “Muxtar respublikanın ən yaxşı Tələbə-Gənclər Təşkilatı” müsabiqəsi çərçivəsində “Təbiətsevər” yarışı, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bədii qiraət müsabiqəsi, “Xəmsə” milli intellektual oyunu keçirilib, Şahbuz rayonunda Naxçıvan Dövlət Universitetinin gənc ifaçılarının konserti təşkil olunub.
“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayon muzeylərinə ekskursiyası təşkil edilib, ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” və “Xalqa bağışlanan ömür” adlı sənədli filmlər nümayiş olunub. 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə yeniyetmə və gənclər arasında boks, cüdo, karate-do, basketbol, kikboksinq, voleybol, boccia, şahmat idman növləri üzrə birinciliklər və yoldaşlıq görüşləri, Naxçıvan Futzal Liqasının oyunları, 13-14 yaşlı futbolçulardan ibarət Naxçıvan yığmasının təlim-məşq toplanışı, Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində tələbələrlə futbol hakimliyi kursu təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Mançester derbisində 3 qol
07.12.2019
Messi: “Karyeramın sonu yaxınlaşır...“
07.12.2019
“Traktor“ Dənizlini istefaya göndərdi
07.12.2019
Gimnastımız Tokioda qızıl medal qazanıb
07.12.2019
İdman “Türkiyə millisinin ən böyük səhvi çox tez göylə getməsidir“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info