AtaBank “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edildi
Tarix: 22.11.2019 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, dünya üzrə qeyd olunan “Qlobal Sahibkarlıq Həftəsi”ndə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konferederasiyası (ASK) da bir sıra tədbirlər həyata keçirir.
Belə ki, 21 noyabr 2019-cu il tarixində Fairmont otelində “Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda başlamış konfrasda Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 21 KSM layihəsi iştirak etmişdir və onlardan 13-ü seçilmişdir. Həmin tədbirdə “AtaBank” ASC Korporativ Sosial Məsuliyyət layihələrində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib.
Konfransda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK-nın digər sosial tərəfdaşları iştirak edib.
Qeyd etmək istərdik ki, AtaBank il ərzində Korporativ Məsuliyyət çərçivəsində bir neçə layihə təşkil etmişdir. Bu haqda danışan bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov vurğuladı ki, cəmiyyətin tələb və dəyərlərinə önəm verərək bu cür layihələr davamlı şəkildə keçiriləcək. 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
23.11.2020
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib
23.11.2020
Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək
23.11.2020
Azərbaycanda sahibkarlar banan yetişdirməyə başlayıb
21.11.2020
Region sahibkarları vergi və sosial tətillərlə bağlı maarifləndiriliblər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info