“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub
Tarix: 22.11.2019 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, bu gün “Gender əsaslı Bələdiyyə Akademiyasının” Bakıda açılışı olub. Bu akademiya qadınlar üçün yerli idarəetmə, liderlik və seçkilərdə müşahidəni öyrənmək və bu sahələr üzrə bilik və bacarıqlara yiyələnmək üçün qeyri-formal təhsil platformasıdır.
Akademiyanın əsas məqsədi – qarşıdan gələn 2019 bələdiyyə seçkilərinə müraciət edən qadınların sayını artırmaq və bunu onlara lazımi bilikləri və təlimləri təqdim etmək vasitəsilə etməkdir.
Akademiyanın açılışını Müşavir-elçi / Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri xanım Simona Qatti, BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin müavini xanım Çaru Bist və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova edib.
Akademiya, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin bir hissəsi olaraq yaradılıb. Adıçəkilən layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş bir layihə çərçivəsində həyata keçirilir.
“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi 12-aylıq layihənin əsas məqsədi - qadınların qərar qəbuletmə prosesində iştirakının təşviqinə dəstək olmaqdır. Layihə artıq bir sıra davamlı fəaliyyətlər həyata keçirmişdir ki, bunlara qadın müşahidəçilərin yerli seçkilərdə müşahidə bacarıqlarının artırılması, effektiv seçki kampaniyasının keçirilməsi və yerli idarəetmədə qadınların geniş iştirakını ictimailəşdirmə təlimləri daxildir.
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 28 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
Bu layihə, 17 Dayanıqlı İnkişaf Məqsədinə, xüsusilə də 5-ci Dayanıqlı İnkişaf Məqsədi – Gender Bərabərliyinə töhfə verir və bu da öz növbəsində qadınların siyasi, iqtisadi və ictimai həyatın bütün səviyyələrində liderliyi və tam və effektiv iştirakını təmin edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Məşhur idman ustası Milli Məclisə namizəd olur
13.12.2019
“Scale Up“ akselerator proqramının açılış mərasimi olub
13.12.2019
Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib
13.12.2019
Zənurə Talıbova İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri oldu
13.12.2019
Gürcüstanda 205 məscid GMİ-nin ixtiyarına verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info