İctimai Şuraların Bakı forumunun keçirilməsi təklif olunur
Tarix: 22.11.2019 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


21 noyabr 2019-cu il tarixdə YAP Binəqədi RT-nın inzibati binasında Binəqədi RİH yanında İctimai Şuranın növbəti hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda Binəqədi RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Şuranın sədri Aslan Mehdiyev və şura üzvləri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan Şuranın sabiq sədri Aslan Mehdiyev gündəlikdəki məsələləri elan etdikdən sonra hesabat nitqi ilə çıxış edərək, ötən 2 il ərzində görülmüş işlər barəsində məlumat verib. Daha sonra çıxış ətrafında müzakirələr aparıldı. Müzakirələr zamanı İctimai Şuraların regional forumlarının və ümumilikdə Respublika forumunun keçirilməsi təklif edilib. Müzakirələrdən sonra hesabat səsə qoyulub və qəbul olunub. Səsvermədən sonra Şuranın yeni sədrinin, sədr müavininin və katibinin seçilməsi səsə qoyulub. Beləliklə, növbəti 2 illik müddət üçün Aslan Mehdiyev Şuranın sədri, Həmid Mehdiyev sədr müavini və Fuad Hüseynzadə isə katib seçilib. Sonda çıxış edən müdir müavini Ş.Gülverdiyev İctimai Şuranın və ümumilikdə ictimai iştirakçılığın vacibliyi barədə nitq söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyev, xüsusilə, son çıxışlarında ictimai nəzarət, iştirakçılıq haqqında geniş fikirlər söyləyib, onun mühümlüyünü vurğulayıb. Bu səbəbdən İctimai nəzarət isntitutları daha da təkmilləşməli və daha güclü fəaliyyətdə olmalıdır.

Əkbər




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Məşhur idman ustası Milli Məclisə namizəd olur
13.12.2019
“Scale Up“ akselerator proqramının açılış mərasimi olub
13.12.2019
Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib
13.12.2019
Zənurə Talıbova İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri oldu
13.12.2019
Gürcüstanda 205 məscid GMİ-nin ixtiyarına verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info