Prezident göstəriş verdi - “20 Yanvar”dakı tıxac problemi HƏLL OLUNUR
Tarix: 22.11.2019 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Bakı-Sumqayıt yolunun tıxac problemini aradan qaldıran layihənin icrasına başlanılıb.
Bununla bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yeni layihə "Şamaxı yolu" və “20 Yanvar” dairəsi adlanan ərazidəkı tıxac problemini də həll edəcək: “Ölkə başçısının tapşırığına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Sumqayıt hissəsində tıxacın aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən yol boyu baxış keçirilərək təkliflər hazırlanıb. Həmin təkliflər Prezident Administrasiyasına təqdim olunub. Onlardan birinin üzərində dayanılıb və hazırda ilkin işlərə start verilib. Buna əsasən, həmin ərazidən dəmiryolu körpüsü keçir. Həmin körpününün altından daha ikizolaqlı olmaqla yolun genişləndirilməsi işləri həyata keçirilir. Ümumilikdə, ərazilərdən asılı olaraq yolun 6-18-ci kilometrlik hissəsinin 2-3 hərəkət zolağı enində genişləndirilməsi nəzərdə tutulur. Bunun davamı olaraq, Xırdalan dairəsi adlanan ərazinin 11-ci kilometrlik hissəsində daha ikizolaqlı olmaqla hər iki istiqamət üzrə tunelin tikintisidir. Bundan başqa, Xırdalan-Binəqədi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün ikizolaqlı olmaqla yeni yolun inşası aparılacaq. Artıq “20 Yanvar” dairəsindən gələn Moskva prospekti boyunca hərəkət edən nəqliyyat vasitələri Moskva prospektində yerləşən tuneldən keçməklə heç yerə dönmədən Sumqayıt istiqamətində hərəkət edə biləcəklər. Eyni işlər əks istiqamət üzrə də həyata keçiriləcək.
Həmçinin, “20 Yanvar” dairəsində adlanan ərazidə, "Şamaxı yolu" adlanan ərzidə sıxlığın aradan qaldırılması üçün də bir layihə üzərində işlər gedir. Onunla da bağlı təkliflər hazırlanır. Qeyd edim ki, Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri "Şamaxı yolu", “20 Yanvar” dairəsinə daxil olmadan Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçməklə dairəvi yolun alt hissəsində inşa olunacaq tunel vasitəsilə birbaşa Abbas Mirzə Şərifzadə küçəsi və “20 Yanvar” dairəsi istiqamətində hərəkət edə biləcəklər. O cümlədən, əks istiqamətdə də oradan gələn nəqliyyat vasitələri Sumqayıt, Biləcəri istiqamətinə rahat çıxış əldə edə biləcəklər. Bu da "Şamaxı yolu" və “20 Yanvar” dairəsi adalanan ərazidə sıxlığın aradan qaldırılmasına gətirib çıxaracaq”.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Azərbaycanda pilotsuz taksilər olacaq
13.12.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
13.12.2019
Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır
12.12.2019
Bərpaya ehtiyacı olan mədəni sərvət - “Qonaqkənd” xalçası
12.12.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info