KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib
Tarix: 22.11.2019 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Noyabrın 22-də Bakı Bulvar Otelində “Beynəlxalq Pərakəndə Sərgi” öz işinə başlayıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə də iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin bazarlara çıxışının genişləndirilməsi üçün KOB-ların sərgidə iştirakına dəstək göstərib. Sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində “Paşa Holdinq”in dəstəyi ilə qazlı sular, bal, şirniyyat məhsulları, divar və fasad boyaları, milli kəlağayılar, İT texnologiyalar və s. nümayiş olunur. Belə sərgilərdə mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakı onların bazarlara çıxışı və satış imkanlarının genişləndirilməsi ilə yanaşı, KOB-ların məhsul və xidmətlərinin, yeni brendlərin daha geniş auditoriyaya təqdim olunması, mövcud biznes əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlığın qurulması baxımından da faydalıdır. “FA International Trade Events” MMC-nin təşkilatçılığı ilə 21-23 noyabr tarixlərində "Beynəlxalq Pərakəndə Konqres"i çərçivəsində keçirilən Sərgidə yerli və xarici şirkətlər iştirak edirlər.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Azərbaycan yanvarda BƏƏ-yə fındıq ixrac edəcək
13.12.2019
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb
13.12.2019
Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək
13.12.2019
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
13.12.2019
AFB Bank beynəlxalq yarışın sponsoru oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info