İngiltərə DEAŞ-lıların yetim uşaqlarını Suriyadan geri gətirir
Tarix: 22.11.2019 | Saat: 22:50:00 | E-mail | Çapa göndər



İngiltərə öldürülən ingilis vətəndaşı terror təşkilatı DEAŞ üzvlərinin Suriyada qalan uşaqlarını ölkəyə gətirməyi qərara alıb.

Xarici işlər naziri Dominik Raab mövzuya dair verdiyi açıqlamada bildirib ki, bu uşaqların ölkəyə qayıtmalarına imkan yaradıldı, çünki atılacaq ən düzgün addım budur. Uşaqların adi həyata qayıtmaları üçün dəstək olunacaq. Bu günahsız, yetim uşaqlar heç vaxt hərbin dəhşətinə məruz qalmamalı idilər.
Təhlükəsizliyə görə adları açıqlanmayan uşaqlar daha əvvəl terror təşkilatı DEAŞ-ın nəzarətindəki bölgələrdən İngiltərəyə gətiriləcək ilk ingilis vətəndaşları olacaq.
Suriyadakı düşərgələrdə ingilis vətəndaşı 25 qadın və ümumilikdə 5 yaşdan aşağı 60-dan çox uşaq olduğu bildirilir.
İngiltərə əvvəlləri təhlükəsizliklə bağlı narahatlığını səbəb kimi göstərərək, uşaqlar daxil öz vətəndaşlarını geri qəbul etməkdə həvəsli olmasa da Raab keçən ay yetim və yanında böyük olmayan uşaqları ölkəyə gətirməyi dəyərləndirdiklərini elan etmişdi.
Daha əvvəl də Fransa, Almaniya, Norveç və Danimarka az sayda uşağı geri almışdı.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
ABŞ Nümayəndələr Palatasının komitəsi Trampa impiçment elan olunacaq iki maddəni təsdiqləyib
13.12.2019
Ermənilərin iddiaları Ankaraya siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz
13.12.2019
İbrahim Kalın ABŞ Senatının qәrarına reaksiya göstәrib
13.12.2019
ABŞ kosmik qoşunlar yaradılması haqqında qanun layihəsini qəbul etdi
13.12.2019
Bolqarıstan Baş naziri Türkiyənin DEAŞ-a qarşı mübarizəsinə münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info