“Nasimi passion” vokal-xoreoqrafik tamaşasının məşqləri davam edir
Tarix: 23.11.2019 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Dekabrın 27-də Heydər Əliyev Sarayında təqdim ediləcək Firəngiz Əlizadənin “Nasimi Passion” vokal-xoreoqrafik tamaşanın məşqləri davam edir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnovun quruluşunda təqdim olunacaq əsərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iştirak edəcəklər. Habelə “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri Fərid Bağırov və Ağaəli Kərimzadə İmadəddin Nəsiminin qəzəllərindən parçalar səsləndirəcəklər. Eləcə də ilk dəfə olaraq bu tamaşada xor artistləri xüsusi qurulmuş elementlər əsasında rəqs edəcəklər. Tamaşada böyük şairin obrazını gənc vokalçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yahyayev canlandıracaq.
Tanınmış rəssam Nazim Yunusov tərəfindən hazırlanmış xüsusi eskizlər əsasında geyimlərin tikilişinə artıq start verilib.
Xüsusi qrafik elementlər, video instalyasiyalar, işıq effektləri, rəngarəng geyimlər ilə zəngin olan tamaşa bir ilk olaraq musiqisevərlərə təqdim ediləcək




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”nun premyerası olacaq
12.12.2019
Nəsimi və Quran
11.12.2019
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
11.12.2019
Akademik Musiqili Teatrda “Toya bir gün qalmış“ 40-cı dəfə...
10.12.2019
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11402

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info