Prezident İlham Əliyev dekabrın 20-də rusiyalı həmkarı ilə görüşəcək
Tarix: 23.11.2019 | Saat: 01:23:00 | E-mail | Çapa göndər



Rusiya Prezidenti Vladimir Putin dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə Sankt-Peterburqda görüşəcəyini bildirib.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, V.Putin bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşdə deyib.
“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşməkdən məmnun olacağıq”, - deyə Rusiya Prezidenti əlavə edib.
Azərbaycanın Birinci vitse-prezidenti ilə görüş zamanı Rusiya dövlətinin başçısı vurğulayıb ki, Azərbaycan rus mədəniyyətinə və dilinə olan münasibətin ən yüksək səviyyədə dəstəkləndiyi keçmiş Sovet Birliyi ölkələrindən biridir. Putin bu münasibətin formalaşmasında Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin rolunun mühüm olduğunu qeyd edib: “Biz bunu çox yüksək qiymətləndiririk, çünki bu, bütün digər sahələrdə, o cümlədən iqtisadiyyatda və humanitar əlaqələrdə sözün geniş mənasında münasibətləri inkişaf etdirməyə imkan verən bazadır. Bunun üçün çox minnətdarıq və ortaq irsimizə olan meylin dəstəklənməsi üçün hər şeyi edəcəyik”.

Öz növbəsində, Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib ki, gələcəkdə Azərbaycan bu sahəyə daha da böyük diqqət göstərməlidir: “Yeni nəsil böyüyür. Nəslimizin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür və bu gün humanitar sahədəki, nəsillər arasındakı mövcud əlaqələr qorunub saxlanılmalı, daha da möhkəmləndirilməlidir”.

V.Putin, həmçinin Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi Rusiyaya ilk dəfə səfər etdiyini və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə birlikdə X regionlararası forumunun açılışında iştirak edəcəyini qeyd edib. Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyeva dəvətə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkürünü bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin salamını çatdırıb: “Həmçinin münasib vaxtda ölkəmizə səfər etməyiniz üçün Azərbaycan Prezidentinin dəvətini çatdırmaq istəyirəm”.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
13.12.2019
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirini təbrik edib
13.12.2019
İstirahət günlərində gözlənilən hava proqnozu
13.12.2019
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 15,4 milyon manat ayrılıb
13.12.2019
Prezident 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info