Bakının Binəqədi rayonunda 4 avtomobil toqquşub, xəsarət alanlar var
Tarix: 23.11.2019 | Saat: 01:26:00 | E-mail | Çapa göndər



Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Binəqədi şossesində qeydə alınıb.
Qəza zamanı 4 avtomobil toqquşub. Xanım sürücülərin idarə etdiyi “Nissan” və “Subaru” markalı minik maşınları qarşı-qarşıya hərəkətdə olan zaman qəza baş verib. “Nissan”ın sürücüsü ötmə əməliyyatı etmək istəyib və onun idarə etdiyi avtomobil “Subaru”ya çırpılıb. Zərbənin təsirindən hərəkətdə olan “Volkswagen” və “Chevrolet” markalı minik maşınları da yol qəzasının iştirakçısına çevrilib.
Avtoqəza nəticəsində “Nissan” və “Subaru” markalı avtomobillərin sürücülərinin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi deyilir. Qəza zamanı əraziyə yanacaq dağıldığından və sürücü və sərnişinlər avtomobillərdə sıxılıb qaldığından Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub, zərərçəkmiş şəxslərə köməklik göstərilib.
Qeyd edək ki, hadisənin qeydə alındığı avtomobil yolunda güclü tıxac da yaranıb, hərəkət bir neçə dəqiqəliyə məhdudlaşdırılıb.
Yol qəzasının təfərrüatları Binəqədi polisi tərəfindən araşdırılır.




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib
13.12.2019
Şirniyyat sexi qarət edildi, 150 min manatlıq avadanlıq oğurlandı
13.12.2019
Bakıda evdən çürümüş qadın meyiti tapılıb
13.12.2019
Ağcabədidə əsgər yolasalma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü
12.12.2019
Türkiyədə 200 tondan artıq saxta spirtli içki müsadirə edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info