“Qolos Armenii”: “İş yerləri barədə deyilənlər Paşinyanın xülyalarıdır”
Tarix: 25.11.2019 | Saat: 18:02:00 | E-mail | Çapa göndər



“Paşinyan iş yerləri icad edir, amma 200 mindən artıq erməni ümidsiz şəkildə iş yeri axtarır”


Bu gün Paşinyan Ermənistanda xeyli iş yerlərinin olduğu halda işsizlərin hələ də iş tapmaqda çətinlik çəkmələri barədə dediklərinə təəccüb etdiyini bildirib. Son 15 gündə iki istehsal müəssisəsinin açılışında iştirak etdiyini bildirən baş nazir 1000-dən çox boş iş yerinin olduğu halda işlə bağlı sahibkarlara heç kimin müraciət etmədiyini bəyan edib.
Bununla yanaşı, Paşinyan gələn il yeni iş yerlərinin də açılacağını vurğulayıb. Maraqlıdır ki, ermənilərin «Qolos Armenii» saytı Paşinyanın dediklərini onun ölkənin məşğulluq probleminə yeni baxışı kimi dəyərləndirir. Sayt yazır ki, hakimiyyətdə olduğu il yarımdan da çox müddət ərzində baş nazir müntəzəm olaraq yeni iş yerləri icad etməklə məşğuldur. Əvvəlcə inqilabın bəhrəsi olaraq 51 min yeni iş yerinin açıldığını bildirən baş nazir bir müddət sonra bu rəqəmi 65 minə, təxminən bir ay bundan əvvəl isə 75 minə çatdırıb. Paşinyanın sözlərindən belə görünür ki, Ermənistanda iş xirtdəyədək olsa da, amma bu iş yerlərini dolduracaq işçi yoxdur.
Sayt Paşinyanın dediklərini əsas gətirərək 2019-cu ilin ikinci rübünün nəticələrinə görə ölkənin daxili əmək bazarına aid bəzi rəqəmlər təqdim edib: «Bu gün ölkənin Statistika Xidmətinin rəqəmlərinə görə, Ermənistandakı ümumi işçi qüvvəsi 1 milyon 171 min nəfərdir ki, onların da təqribən 964 min nəfəri işləyir. 207 min nəfərdən artıq erməni vətəndaşı isə hələ də ümidsiz şəkildə iş yeri axtarır. Əgər, doğrudan da, Paşinyan ölkədə bu sürətlə iş yerləri yaradırsa, deməli qarşıdakı ildə artıq ölkədə heç bir işsizin olmadığını bəyan edə bilərik. Əslində isə bütün bunlar Paşinyanın xülyalarıdır”. Sayt Paşinyanın ölkədəki sahibkarların kadr çatışmazlığı ilə səsləndirdiyi fikirlərə də şübhə ilə yanaşır. Sayt Ermənistandakı indiki iqtisadi şərt çərçivəsində bir müəssisənin 1000 nəfər işçi tələbinin mümkünsüz olduğunu gizlətmir. Sayt daha sonra yazır: “…Həqiqətən ölkədə iş yeri varsa və sahibkarlar işçi çatışmazlığı ilə üzləşirlərsə, bunun üçün məsuliyyəti hökumət daşımalıdır. Ölkə iqtisadiyyatına investisiya cəlbediciliyinə təsir edən, müəyyən prosesləri tənzimləməyə borclu olan hökumətdir. Ancaq təəssüf ki, Paşinyan hökuməti hazırda ən asan yolla getməyi üstün tutur: problemləri başqalarının ayağına yazır. Bu vəziyyətdə iş tapmayan vətəndaşlar sadəcə olaraq «işləmək istəmirlər» ayaması ilə günahlandırılır. Bununla da iş yeri problemi “həll” edilir”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
05.12.2019
Serj Sarkisyana kim xəyanət etdi?
04.12.2019
Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
03.12.2019
Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”
02.12.2019
Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi
5 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info