“Ermənistan münaqişənin həllində tərəf kimi bilavasitə məsuliyyət daşıyır”
Tarix: 25.11.2019 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, bu günlərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin rəhbərliyi Azərbaycan nümayəndə heyəti Türkiyədə səfrdə olub. Fərid Şəfiyevi AZƏRTAC-a açıqlamasında Türkiyənin paytaxtı Ankarada dörd günlük səfərin olduqca faydalı və perspektivli şəkildə başa çatdığını deyib. O bildirib ki, səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərdə və iştirak etdikləri mərasimlərdə məram və məqsədlərini, fəaliyyət proqramlarını, planlarını bölüşmək fürsəti qazanıblar. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz qədər Türkiyə üçün də böyük bir problem olduğunu, həmçinin Ankara səfərinin faydalı nəticələrlə başa çatdığını vurğulayan mərkəzin sədri deyib: “İştirak etdiyimiz bütün tədbirlərdə və görüşlərdə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən bəhs etmişik. Bu problemlə bağlı Türkiyənin düşüncə mərkəzləri ilə əməkdaşlıq etmək bizim üçün çox vacib və faydalıdır. Eyni zamanda, diqqətə çatdırdıq ki, Türkiyəni əhatə edən coğrafiya ilə bağlı, həmçinin Suriya böhranı məsələsində biz də tərəfimizdən faydalı araşdırmalar təqdim etməyə hazırıq”.
Qeyd edək ki, sözügedən səfər çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyində brifinq keçirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, həmçinin Ankara və Hacı Vəli Bayram Universitetlərində, eləcə də Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzində təşkil olunan tədbirlərdə çıxışları olub. Bundan başqa nümayəndə heyəti bir sıra faydalı ikitərəfli görüşlər keçirib.

“Ermənistanın büdcəsi daha da gərgin olacaq”
Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu “Azadinform”a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı maraqlı açıqlama verdi: “Serj Sərkisyanın dövründə beynəlxalq aləmin təkidi ilə Ermənistanda qərar qəbul edilibmiş ki, müdafiə xərcləri büdcədə nəzərdə tutulan ÜDM-in 4 faizindən çox olmamalıdır. Hərbə ayrılan xərcin 4 faizlə hüdudlanması əslində beynəlxalq ictimaiyyətin ermənilər üzərində ciddi qələbəsi hesab edilməlidir. Bunun müqabilində beynəlxalq ictimaiyyət Ermənistana yardımlar da edirdi. Paşinyan Ermənistanı büdcənin 4 faizdən artıq vəsaitini hərbə yönəldəcək”.
O qeyd edib ki, Ermənistan hərbisinin təxminən 2/3-si Azərbaycanın işğal olunmuş ərazilərində yerləşir: “Artan hərbi xərclərin böyük bir qismi də Azərbaycan ərazilərinin işğal alında qalmasına xidmət edəcək. Ermənistandan xarici investorlar qaçır, hətta daxili investorlar öz vəsaitlərini ölkədən götürüb qaçırlar. Xaricdən yeni investorlar isə gəlmir. Belə olan halda Ermənistanın büdcəsi daha da gərgin olacaqdır. Bu fonda N.Paşinyan büdcədən hərbiyə ayrılan vəsaitin miqdarını artırır. Başqa sözlə, ölkənin daxili problemlərinə xərcləməli olan pulu Paşinyan hərbə xərcləyəcək”.
Politoloq əlavə edib ki, hal-hazırda Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumlarının Ermənistana qrant və kredit ayırmasında da artım var: “Avropa İttifaqı yenidən Ermənistanın bir nömrəli donoruna çevrilir. Onlar N.Paşinyan hərbə ayrılan vəsaiti artırdığından xəbərdardırlar. Bəlkə də gizlicə razılaşıblar. Beləliklə Ermənistanın daxilində qazanılan pul hərbə, yəni Azərbaycan torpaqlarının işğal altında qalmasına yönələcək. Ölkənin daxilində Paşinyan hökumətinə lazım olan pulu isə Aİ və dünya maliyyə qurumları verəcəkdir”.

Kiyev Milli Universitetinin tələbələrinə Ermənistanın təcavüzkar siyasətini barədə də məlumat verilib
Bu arada Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Taras Şevçenko adına Kiyev Milli Universitetində tələbələr qarşısında “Azərbaycanın regionda rolu və beynəlxalq təhlükəsizliyə verdiyi töhfə” mövzusunda mühazirə oxuyub.
AZƏRTAC xəbər verir ki, dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatizm və münaqişələrlə üzləşir.
Səfir vurğulayıb ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi balanslandırılmış xarici siyasət Azərbaycanı bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geosiyasi faktora çevirib. Bildirilib ki, ölkəmiz regionda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığı əvəzolunmaz amil kimi qiymətləndirir, eyni zamanda, Ermənistanın təcavüzkar siyasətini Cənubi Qafqazda hərtərəfli regional əməkdaşlıq yolunda əsas maneə kimi görür.
A.Xudiyev qeyd edib ki, çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətləri qurur. Azərbaycanın strateji coğrafi mövqeyi onun Avro-Atlantik məkandakı siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını təmin edib. Bu, regiondakı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində özünü büruzə verməkdədir.
Sonda səfir tələbələrin suallarını cavablandırıb və xatirə kitabına ürək sözlərini yazıb.

“Nikol Paşinyan Ermənistan üçün bir eksperimentdir”
Yeri gəlmişkən, Milli Məclisin deputatı Fəzail İbrahimli SİA-ya açıqlamasında deyib ki, Ermənistan öz xülyası ilə xalqı aldatmağa çalışır: “Bunun sonunun müsibətlərlə bitəcəyini anlamırlar. Vaxtilə almanlar da bu cür ideologiya həyata keçirdilər və nəticə də onların başlarına müsibətlər gəldi”. O bildirib ki, düşmən ölkə tərəfindən qonşu ölkələrə qarşı ərazi iddiası faşizmin bir növüdür: “ Onlar bu iddialarla xalqı aldadır, hakimiyyət qurur və ya dəyişdirirlər. Vaxtilə keçmiş prezident Sarkisyan Dağlıq Qarabağda tökdüyü qanlarla fəxr edirdi. Nə oldu sonu?”.
F.İbrahimli söyləyib ki, baş nazir Nikol Paşinyan da Ermənistan üçün bir eksperimentdir: “Paşinyanın hakimiyyətə gəlməsi xalqın sevgisi ilə bağlı deyil. Sadəcə xalq Koçaryan, Sarkisyan, hakimiyyətindən o qədər bezmişdi ki, Paşinyandan istifadə etməklə keçmiş hakimiyyətə olan nifrəti ifadə etmiş oldular. Xalqa narazılıqlarını ifadə etmək üçün 1 nəfər lazım idi ki, Paşinyan da bu missiyanı öz üzərinə götürmüş oldu”.
Deputat qeyd edib ki, hazırda Paşinyanın hansı dövlətə və kimlərə xidmət etməsi naməlumdur: “ Hələ biz bilmirik ki, onun məqsədi nədir və necə oldu ki, hakimiyyətə gəldi. Hesab edirəm ki, bununla bağlı sirlər də açılacaq. Düşünürəm ki, Paşinyanın düşüncələri, onun yeritdiyi siyasət, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində yürütdüyü təmkinsiz, aqressiv mövqeyi, xalqı ələ almaq üçün özünü qəhrəman kimi qələmə verməsi çox qısa zamanda sona çatacaq”.
Milli Məclisin deputatı Elman Məmmədov isə deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində siyasi iradə nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv mövqe tutur: “Ermənistanın baş nazirinin münaqişənin həllinin “ Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ” xalqları”na məqbul olması baradə fikirləri buna bariz sübutdur”. Ermənistan rəhbərliyi münaqişənin həlli prosesini uzatmaq və ya bu prosesə mane olan təxribatçı hərəkətlərə əl atdığını deyən deputat söyləyib ki, ölkəmizin ərazi bütövlüyünə qarşı gücdən istifadə edən Ermənistan münaqişənin həllində tərəf kimi bilavasitə məsuliyyət daşıyır: “Problemin yeganə həlli yolu beynəlxalq hüququ normaların uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdə tutulan modeldir”.
E. Məmmədov vurğulayıb ki, işğalçı dövlətin hakimiyyətinin müxtəlif təxribatlara əl atması və ya danışıqlar prosesindən yayınması Ermənistanın tənəzzülünün əsas səbəbidir: "Ermənistanın iqtisadi tənəzzülünün, regionda blokada vəziyyətində olmasının başlıca səbəbi onun işğalçılıq siyasətidir. İşğalçı dövlətdə keçirilən etiraz aksiyaları zamanı vətəndaşlar bu məqamları səsləndirirlər. Amma görünən odur ki, hakimiyyət öz mövcudluğunu qorumaq üçün xalqı qurban verməyə razıdır"
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info