Azərbaycan 2020-ci ildə turistlər üçün dünyanın ən təhlükəsiz ölkələri sırasındadır
Tarix: 26.11.2019 | Saat: 13:10:00 | E-mail | Çapa göndər


Yeni ildə səyahət etməyi planlaşdıranlar üçün dünya üzrə illik risk xəritəsi tərtib olunub. CNN telekanalı xəbər verir ki, “International SOS” səyahət təhlükəsizliyi xidmətləri şirkətinin apardığı tədqiqatlar üzrə tərtib olunmuş xəritədə Azərbaycan turistləri üçün risklərin minimum olduğu ölkələr sırasındadır. Xəritənin hazırlanmasında tibbi və səyahət təhlükəsizliyi riskləri, habelə infeksiyalı xəstəliklər və siyasi sabitlik amilləri nəzərə alınıb. Risklərin ən az olduğu ölkələr siyahısına əksərən şimal dövlətləri – Danimarka, Finlandiya, Qrenlandiya, İslandiya, Norveç, Sloveniya, Birləşmiş Krallıq, ABŞ, Kanada, Çin, Lüksemburq və İsveçrə başçılıq edirlər. Daha riskli ölkələr isə Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Somali və Suriya elan edilib. Xəritədə Latın Amerikası ölkələri orta risk dərəcəsi olan ölkələr kimi qeyd olunub. Məsələn, Meksika və Kolumbiya səyahətçilərin təhlükəsizliyi baxımından bu qəbildəndir. “International SOS” şirkətinin sözçüsü CNN-ə müsahibəsində bildirib ki, xəritənin hazırlanmasında onun müştərilərinin rəyləri əsas götürülüb. O, turistlərə və turizm şirkətlərinə məsləhət görüb ki, xəritədəki məlumatlardan istifadə etsinlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
23.11.2020
Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
05.11.2020
Ermənistanın turizm sektorunu canlandırma planı alt-üst oldu
27.10.2020
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
25.09.2020
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info