“Sabah Ermənistanda hansısa seçki keçirilsə Paşinyanın komandası heç 20 faiz səs qazana bilməyəcək“
Tarix: 26.11.2019 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


“Bu komanda yalnız ölkədə yalan və nifrəti yaymağa müvəffəq olub”

Bu günlərdə İrəvandakı müxalifət nümayəndələrindən biri Ermənistanın inqilabdan sonrakı vəziyyətini öyrənmək üçün nüfuzlu Amerika politoloqu ilə görüşüb. İlk olaraq, hakimiyyət dəyişikliyindən sonra ölkənin gələcək peresvpektivlərinə toxunan amerikalı politoloq "hadisələrin belə gedişi ilə müxalifətin hakimiyyət dəyişikliyində heç bir iş görməyəcəyini» bildirib.

Onun sözlərinə görə, "…çünki Paşinyan ölkədə müxalifətin görə biləcəyi bütün işləri artıq görüb. İndi ölkə müxalifətinə yalnız birləşərək gələcəyin siyasəti üzərində düzgün düşünmək lazım gələcək".
Qeyd edək ki, ermənilərin "Qolos Armenii" saytı, amerikalı politoloqın fikirlərinə haqq qazındıraraq, Nikolun gündəlik sərgilədiyi şüarların artıq tükənmək üzrə olduğunu və ümumiyyətlə, bunun belə davam edə bilməyəcəyini bildirir. Xatırladaq ki, bir müddət bundan əvvəl, dəqiq desək, Nikolun Fransaya edəcəyi səfər ərəfəsində təqdim edilən sorğunun nəticələrində onun reytinqinin artıq 21-23 faizə düşdüyü bildirilmişdi. Maraqlıdır ki, sorğunun nəticəsindən qəzəblənən Paşinyan, növbəti sorğunu keçirmək üçün bunun xarici təşkilatlardan birinə həvalə olunması tapşırığını vermişdi. Ancaq, demək lazımdır ki, artıq buna da elə bir ehtiyac qalmayıb. Çünki, deyildiyi kimi, «görünən dağa nə bələdçi». Məsələn, Ermənistandakı ictimai sektor nümayəndələrinin sözlərinə görə, əgər sabah ölkədə parlament seçkiləri keçirilərsə, bu halda, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələrin 20 faiz səs ala bilməsi ehtimalı da azdır. Qeyd edilməlidir ki, erməni ictimai xadim Harek Samsonyan hakimiyyətdə olduğu bir il yarımdan bir qədər çox müddət ərzində Paşinyan və onun komandasının ölkədə yalnız yalan və nifrəti yaymağa müvəffəq olduğunu bildirib. Onun sözlərinə görə, Nikolun nəhəng təbliğat maşını, vergi ödəyicilərinin cibindən ödənilən on minlərlə "saxta" vəsait hesabına görə, bu gün duruş gətirməkdədir. Erməni ictimai xadimin dediklərində daha bir maraqlı nüans isə son vaxtlar Nikolun keçmiş hökumətin geri dönə bilməsi ilə bağlı keçirdiyi sarsıntılardır. Məhz bunu nəzərə alan Paşinyan artıq sabiq hakimiyyət nümayəndələrini qorxutmaq istiqamətində hərəkətə keçməyə başlayıb.
Sayt, ölkədəki parlamentdənkənar müxalifətin yaxın gələcəkdə fəallaşaraq ölkənin siyasi xəritəsində alternativ bir qüvvəyə çevriləcəyini istisna etmir. Saytın yazdığına görə, bu qüvvələr arasındakı dialoq nə qədər fəal və effektli olarsa, bu halda, cəmiyyətin sağlam qüvvələrini hakimiyyət dəyişikliyi üçün birləşdirmək şansı daha yüksək olacaq. Təbii ki, Paşinyan bütün bunların reallaşa biləcəyini yaxşı anlayır və buna görə də bu istiqamətdə, yəni ölkədəki müxalifin yaxınlaşma prosesini ləngitmək üçün əlindən gələni edir. Sayt dediklərini əsaslandırmaq üçün, son zamanlar İrəvandakı müxalif qüvvələrin yığnağı olan "Vernatun" klubuna olan hücumları buna sübut kimi göstərir.
Onu da xatırladaq ki, son günlər İrəvanda Paşinyana qarşı artıq ciddi bir alternativin formaşdığı barədə söhbətlər dolaşmaqdadır. Belə ki, artıq ölkədəki bütün qeyri-parlament qüvvələrlə yanaşı, ictimai təşkilatlar belə bir alternativ haqqında danışmağa başlayıblar. Təbii ki, belə danışıqlar, yəni yaxın gələcəkdə ölkəni nifrət, yalan və populizmdən xilas etmək barədə danışılan fikirlər ölkə parlamenti istisna olmaqla, demək olar ki, hər yerdə danışılır.
Erməni saytı əminliklə, bu gün ölkədəki hər hansı istənilən ciddi alternativin Paşinyanı istefaya məcbur edə biləcəyini istisna etmir: "Çünki o, bu gün artıq ölkədə ən müdafiəsiz liderlərdən biri kimi təqdim olunmağa başlanılıb. Reallıq isə göz önündədir. Dediyimiz kimi, əgər sabah Ermənistanda hər hansı bir seçki keçirilərsə, Nikolun rəhbərliyi altındakı qüvvələrin 20 faiz səs qazana bilməsi də sual altındadır".
Məhz bu mənada Nikol Paşinyanı bu gün Ermənistanın ən müdafiəsiz rəhbərlərindən biri kimi təqdim edən sayt "siyasi böhran şəraitində təhlükəsizlik qüvvələrinin baş nazirə dəstək vermə ehtimalının olmadığını da istisna etmir".
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
05.12.2019
Serj Sarkisyana kim xəyanət etdi?
04.12.2019
Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
03.12.2019
Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”
02.12.2019
Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info